...

Gədəbəy RİH-də xidmətlərin asanlaşdırılması üçün vahid mərkəz yaradıldı (FOTO)

Cəmiyyət Materials 15 Fevral 2019 12:00 (UTC +04:00)
Yerli icra hakimiyyəti orqanlarında ilk dəfə olaraq Gədəbəy RİH tərəfindən göstərilən xidmətlərin asanlaşdırılması üçün vahid mərkəz yaradılıb.
Gədəbəy RİH-də xidmətlərin asanlaşdırılması üçün vahid mərkəz yaradıldı (FOTO)

Bakı. Samir Əli - Trend:

Yerli icra hakimiyyəti orqanlarında ilk dəfə olaraq Gədəbəy Rayon İcra Hakimiyyəti (RİH) tərəfindən göstərilən xidmətlərin asanlaşdırılması üçün vahid mərkəz yaradılıb.

Trend-in məlumatına görə, Prezident İlham Əliyevin “Yerli icra orqanları vətəndaşlara daim diqqət və qayğı göstərməlidirlər. Yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlara xidmət edirlər” kimi mötəbər tapşırığı vətəndaşların müraciətlərinə baxılması kimi həssas bir sahədə fəaliyyətimizin əsas qayəsini təşkil edib.

İlk növbədə vətəndaşların qəbuluna münasibət kökündən dəyişilib, onlar diqqətlə dinlənilib, müraciətlərin mahiyyəti üzrə əsaslı qərarlar qəbul edilib. Hər bir müraciətə göstərilən həssas münasibət, açıqlıq, işgüzar mühit yerli dövlət hakimiyyəti orqanlarının vətəndaşlar üçün günün istənilən vaxtı açıq olması rayon icra halimiyyətini vətəndaşların etimad ünvanına çevirib, vətəndaş məmnunluğunu yüksəldib. Bu yöndə əsaslı və ciddi tədbirlərimizin davamı olaraq Gədəbəy Rayon İH tərəfindən vətəndaşlara Azərbaycan Respublikası Mülkü Məcələsinin, Ailə Məcəlləsinin, Şəhərsalma və Tikinti Məcəlləsinin, Qanunların və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” nin tələblərinə uyğun olaraq 39 sahə üzrə göstərilən xidmətlərin asanlaşdırılması üçün vahid mərkəz yaradılıb. Mərkəzdə RİH başçısı aparatında fəaliyyət göstərən hər şöbədən bir nəfər məsul işci olmaqla cəmi 7 nəfər daima orada xidmət göstərir. Quraşdırılmış böyük monitorda xidmət sahələrinin adları, həmin sahələrə məsul şöbələr, tələb olunan sənədlərin nümunəsi, sənədin icra müddəti, qanunvericilik bazası yerləşdirilmişdir. Burada xidmət sahələrinin hər biri telefon və kompüter dəsti ilə təchiz edilərək internetə çıxışı təmin edilmişdir. Xidmət göstərən məsul işçilər quraşdırılmış böyük monitorda vətəndaşa izah vermək, sənəd nümunələrini göstərmək imkanına malikdirlər. Mərkəzdə vətəndaşın problemlərinin operativ həlli məqsədi ilə (4 rəqəmli nömrə) qaynar xətt yaradılıb. Bundan əlavə, xidmətin səmərəliliyinin artırılması məqsədilə mərkəzdə könüllülər fəaliyyət göstərir.

Xidmətlərə aid olan məsələlər:
-sənədlərin qəbulu və verilməsi;
- memarlıq və tikinti məsələləri (13 xidmət);
- hüquq məsələləri (12 xidmət);
- sosial-iqtisadi məsələlər(6 xidmət);
- humanitar məsələlər;
- İƏD üzrə nümayəndəliklər və bələdiyyələrlə bağlı məsələlər(8 xidmət);
- yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi məsələləri;

Mərkəzin məqsədi:

-sənədlərin aşkarlıq şəraitində qəbul edilməsi;
-vaxt itkisinin qarşısının alınması;
-süründürməcilik və korrupsiya hallarının qarşısının alınması;
-vətəndaşın eyni vaxtda vahid məkanda RİH-nin bütün struktur bölmələri ilə ünsiyyətdə olmasını təmin edilməsi;
-işgüzar mühit, açıqlıq, həssas münasibət, yerli dövlət hakimiyyəti orqanlarının vətəndaşlar üçün günün istənilən vaxtı açıq olması;
-RİH-nin vətəndaşın etimad ünvanına cevrilməsi;
-vətəndaş məmunluğunun yüksəldilməsi;

Könüllülər tərəfindən göstərilən xidmətlər:

-sağlamlıq vəziyyətinə görə məhdud hərəkətli vətəndaşların hüquqlarının müdafiəsi ilə bağlı onların öz ünvanlarında ilkin səndləşmə işlərinə köməklik göstərilir;
-müraciət edən vətəndaşların ərizə formalarının doldurulmasını həyata keçirir.

s.s

Xidmətin adı

1

1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi. (komissiya)

2

Dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi

3

Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi

4

Ümumi istifadədə olan avtomobil yolları istisna olmaqla, avtomobil yollarının qorunma (mühafizə) zolağında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslərlə müqavilə bağlanması.

5

Yaşıllıq salınması məqsədi ilə bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının və əhalinin əkin materialları, avadanlıq, inventar və digər vasitələrlə əvəzsiz təmin olunması

6

Yüksək reproduksiyalı buğda toxumunun güzəştli şərtlərlə satılması üçün rəyin verilməsi

7

Əmlakdan istifadə edilməsi və ona sərəncam verilməsi barədə, avtomaşınların müvəqqəti istifadəyə verilməsinə dair etibarnamələr istisna olmaqla etibarnamələrin təsdiq edilməsi

8

Sənədlərdəki imzaların həqiqiliyinin təsdiq edilməsi

9

Vəsiyyətnamələrin təsdiq edilməsi

10

Vətəndaşlara ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışların verilməsi

11

Sənədlərin surətlərinin və sənədlərin surətlərindən çıxarılmış surətlərin və sənədlərdən çıxarışların düzgünlüyünün təsdiq edilməsi

12

Doğumun qeydə alınması

13

Ölümün qeydə alınması

14

Nikahın qeydə alınması

15

Nikah yaşının azaldılması

Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazənin verilməsi

16

Baba, nənə, qardaş, bacı və digər qohumların uşaqla ünsiyyət hüququnun yaradılması

17

Fiziki şəxsin üzərində patronaj təyin edilməsi

Sağlamlıq vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə və müdafiə etməyə, öz vəzifələrini icra etməyə qadir olmayan yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsin xahişi ilə onun üzərində patronaj təyin edilməsi

18

On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilməsi

19

On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar üzərində, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində himayəçilik təyin edilməsi

20

Övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında məhkəməyə rəyin verilməsi

21

Qəyyumluqda və himayədə olanların əmlakı barədə rəy (icazə) verilməsi

22

Uşağın adının və soyadının dəyişdirilməsinə icazə verilməsi

Uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyi nəzərə alınaraq icazə verilməsi

23

Uşağın mənşəyinin müəyyən edilməsi

24

Uşaqları övladlığa götürməyi arzu edən şəxslərin uçota götürülməsi

Uşaqları övladlığa götürməyi arzu edən Azərbaycan Respublikası vətəndaşlarının uçotunun aparılması

25

Valideyn himayəsindən məhrum olan uşaqların hüquq və mənafelərinin müdafiəsi

Valideyn himayəsindən məhrum olan və ya valideyn himayəsində yaşamaq üçün şəraiti olmayan uşaqların uşaq evi və internatlara, eyni zamanda müxtəlif xarakterli cinayətlər törədən, ancaq cinayət məsuliyyətinə cəlb edilməsi yaş həddinə görə mümkün olmayan uşaqların qapalı və ya açıq tipli müəssisələrə yerləşdirilməsi

26

Yetkinlik yaşına çatmayan şəxsin mülkiyyətində olan daşınar və daşınmaz əmlakın üzərində notariat hərəkətlərin aparılmasına dair razılığın verilməsi

27

Bələdiyyə mülkiyyətində olan torpaqların ayrılması ilə əlaqədar rəy

28

Mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı

29

Prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi

30

Tikinti layihələrinin ekspertizadan keçirilməsi

31

Tikinti layihələrinin təsdiqi və qeydiyyata alınması

32

Tikintilərin Dövlət reyestrinə məlumatın təqdim edilməsi

33

Tikintisinə icazə tələb edilən tikinti obyektinin istismarına icazə verilməsi

34

Tikintiyə icazə verilməsi

35

Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması

36

Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması

37

Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi

38

Yaşayış sahəsinin sosial kirayə müqaviləsi əsasında vətəndaşlara verilməsi

39

Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması

Məqalədə:
Xəbər lenti

Xəbər lenti