...

MDB PAA DİMBİ Bakı filialının əməkdaşları Moldovanın parlament seçkilərini müşahidə ediblər (FOTO)

Cəmiyyət Materials 24 Fevral 2019 17:29 (UTC +04:00)
MDB PAA DİMBİ Bakı filialının əməkdaşları Moldovanın parlament seçkilərini müşahidə ediblər
MDB PAA DİMBİ Bakı filialının əməkdaşları Moldovanın parlament  seçkilərini müşahidə ediblər (FOTO)

Bakı. Trend:

Moldova Respublikasının parlament seçkilərinin təşkili və keçirilməsinin müşahidəsi məqsədilə Moldova Respublikasının Mərkəzi Seçki Komissiyasında beynəlxalq müşahidəçi qismində qeydiyyatdan keçmiş MDB Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq institutunun Bakı filialının (MDB PAA DİMBİ ) əməkdaşları Moldova Respublikasının Bakı şəhərində yerləşən səfirliyində təşkil olunmuş seçki məntəqəsində səsvermənin gedişini müşahidə ediblər.

MDB PAA DİMBİ-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, onlar sesvermənin təşkili və keçirilməsini eləcə də məntəqə seçki komissiyasının fəaliyyətini müşahidə ediblər, səsvermənin gedişi barədə məlumatları mütəmadi olaraq MDB müşahidə missiyasının qərargahına təqdim ediblər.

Xəbər lenti

Xəbər lenti