...

VI Ağıl Oyunları Festivalına yekun vuruldu (FOTO)

Cəmiyyət Materials 28 Fevral 2019 06:35 (UTC +04:00)
Azərbaycan Gənclər Fondunun dəstəyi, Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə Bakıda Azərbaycanın ən böyük intellektual layihələrindən biri olan - VI Ağıl Oyunları Festivalı təşkil olunub.
VI Ağıl Oyunları Festivalına yekun vuruldu (FOTO)

Bakı. Trend:

Azərbaycan Gənclər Fondunun dəstəyi, Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə Bakıda Azərbaycanın ən böyük intellektual layihələrindən biri olan - VI Ağıl Oyunları Festivalı təşkil olunub.

Trend-in məlumatına görə, festival fevralın 23-24-də Bakıda “Dubai İnternational Hotel“də baş tutub.

Festivalın əsas məqsədi intellektual oyunlar hərəkatını genişləndirmək, gənclərin asudə vaxtının səmərəli təşkilinə nail olmaq, onların intellektual potensialını üzə çıxarmaq, təhsildə yeni uğurlarına yol açmaqdır.

Təşkilat komitəsindən verilən məlumata görə, Festivalın finalında ölkənin 10 şəhərindən 30 komanda iştirak edib. Festivalın ilk günündə “Nə? Harada? Nə zaman?” oyunu üzrə yarış baş tutub. Bu yarışda hamıdan güclü olan “Santa-Klara“ komandası rəqiblərini qabaqlayaraq turnirin çempionu adını qazanıb. İkinci yeri “Kidderminister“ komandası tutub. Şəkini təmsil edən “Marxal Resort“ komandası həm Regionları kubokunun həm də ümumi sıralamanın üçüncüsü olub.

“Nə? Harada? Nə zaman?” oyununun nəticələrinə görə ən güclü səkkiz komanda növbəti gün “Xəmsə Milli İntellektual Oyunu” üzrə tunirdə qüvvələrini sınayıblar. Bu yarışda hamıdan güclü “Marxal Resort“ komandası olub. “Kidderminister“ komandası ikinci, “Santa-Klara“ üçüncü yerə layiq görülüb. İsmayıllı İntellektual Oyunlar Klubunun komandası isə dördüncü olub.

Qaliblər kubok, diplom və medallarla təltif olunublar.

İnformasiya dəstəyi - Trend.az

Xəbər lenti

Xəbər lenti