...

Pirallahı rayonunda hesabat yığıncağı keçirilib (FOTO)

Cəmiyyət Materials 28 Fevral 2019 18:44 (UTC +04:00)
Pirallahı rayonunda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib.
Pirallahı rayonunda hesabat yığıncağı keçirilib (FOTO)

Bakı. Trend:

Gənclər Mərkəzində Pirallahı Rayon İcra Hakimiyyəti Başçısının 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib.

Trend-in məlumatına görə, hesabat yığıncağında Milli Məclisin deputatı Rauf Əliyev, Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev, rayonun idarə, müəssisə, təşkilatlarının rəhbərləri və rayon ictimayyətinin nümayəndələri iştirak etdilər.

Hesabat məruzəsi ilə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanov 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə ölkəmizin 2018-ci ildə sürətlə inkişaf etdiyini və dərin islahatlar ili olduğunu vurğuladı. Vasif İmanov daha sonra 2018-ci il ərzində rayonda sosial-iqtisadi inkişafın bütün sahələrində böyük uğurlar qazanıldığı barədə və 2019-cu ildə qarşıda duran vəzifələr barədə yığıncaq iştirakşılarına hesabat verdi.

Yığıncaqda çıxış edən Milli Məclisin deputatı Rauf Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızda davam edən hərtərəfli sürətli inkişafdan danışaraq dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən iqtisadi və sosial islahatların böyük əhəmiyyət daşıdığını qeyd etdi. Daha sonra Rauf Əliyev 2018-ci ildə rayonda sosial-iqtisadi inkişafın yekunlarını yüksək qiymətləndirərək, keçirilən səyyar görüşlərdə və qəbullarda rayon sakinlərinin qaldırdıqları bir çox sosial məsələlərin həlli ilə bağlı həyata keçirilən tədbirlərdən danışıb. O eyni zamanda Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin əvvəlindən ardıcıl olaraq ölkə əhalinin sossial rifahının yaxşılaşdırılmasını təmin edən Fərman və Sərəncamların böyük əhəmiyyət daşıdığını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti