...

Azərbaycan ötən il İrandan 44 ədəd müxtəlif kənd təsərrüfatı texnikası alıb

Cəmiyyət Materials 16 Mart 2019 09:09 (UTC +04:00)
Ötən il "Aqrolizinq" ASC tərəfindən İrandan 44 ədəd müxtəlif kənd təsərrüfatı texnikası alınıb.
Azərbaycan ötən il İrandan 44 ədəd müxtəlif kənd təsərrüfatı texnikası alıb

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ötən il "Aqrolizinq" ASC tərəfindən İrandan 44 ədəd müxtəlif kənd təsərrüfatı texnikası alınıb.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, hər iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün geniş imkanlar var:

"Bu sahədə əməkdaşlığımızı daha da dərinləşdirmək məqsədilə qurudulmuş meyvə və tərəvəz məhsullarının istehsalı sahəsində İran texnologiyalarının tətbiqini, aqrar tədqiqat və ticarət sahəsində hər iki ölkənin müvafiq qurumları arasında əməkdaşlıq əlaqələrinin yaradılmasını, eləcə də "Qida təhlükəsizliyi üzrə əməkdaşlıq haqqında saziş”in imzalanmasını təklif edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti