...

Avropa Şurasının saytı “Azərbaycan ədəbiyyatı antologiyası”ndan yazdı

Cəmiyyət Materials 19 Mart 2019 14:15 (UTC +04:00)
Avropa Şurasının saytı “Azərbaycan ədəbiyyatı antologiyası”ndan yazdı.
Avropa Şurasının saytı “Azərbaycan ədəbiyyatı antologiyası”ndan yazdı

Bakı. Trend:

Avropa Şurasının rəsmi saytı Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Strasburqda ərsəyə gətirdiyi “Azərbaycan ədəbiyyatı antologiyası” kitabı haqqında geniş məlumat yerləşdirib.

Mərkəzdən Trend-ə verilən xəbərə görə, məlumatda deyilir:

"Dünyaya açılan ədəbi pəncərə – 28 hekayədən ibarət bu toplu sizi Azərbaycan ədəbiyyatına maraqlı bir səyahətə aparacaq. Əsasən, XIX əsrdən bu günümüzədək dövrün mənzərəsini əks etdirən ədəbi nümunələrlə siz bu əsrarəngiz ölkəni, onun paradoks və paradiqmalarını kəşf edəcəksiniz".

“Azərbaycan ədəbiyyatı antologiyası” kitabının təqdimatı 2019-cu il 23 mart saat 11-də Kleber kitabxanasının “Ağ zal”ında keçiriləcək.

Tədbirin moderatoru Tyeri Edmondur.

Çıxışçılar:

Afaq Məsud – Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri;
Stefan dö Tapia – professor, Strasburq Universitetinin Türk Araşdırmaları Departamentinin direktoru;
Jan-Pol Meyer – professor, Strasburq Universitetinin Filologiya fakültəsinin dekanı;
Mişel Kop – yazıçı;
Jan-Emanüel Medina və Alber Vak – Kəpəz Nəşriyyat Evinin nümayəndələri.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti