...

Bərk məişət və plastik tullantıların idarə olunması müzakirə edilib (FOTO)

Cəmiyyət Materials 28 Mart 2019 18:35 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Ekologiya və Təbii Sərvətlər və İqtisadiyyat nazirliklərinin təşkilatçılığı ilə bərk məişət və plastik tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində görülən tədbirlərlə bağlı növbəti görüş Şirvan, Salyan, Neftçala, Hacıqabul, Saatlı, Sabirabad və İmişli rayonları üzrə maraqlı tərəflərin iştirakı ilə Şirvan şəhərində keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yerli idarəetmə orqanları nümayəndələrinin və sahibkarların iştirak etdiyi görüşdə Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılması üzrə 2019–2020-ci illər üçün Tədbirlər Planı”ndan irəli gələn məsələlər, mövcud vəziyyət, problemlər və onların həlli yolları haqqında geniş təqdimat keçirilib.

Daha sonra bərk məişət və plastik tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində qəbul olunmuş strateji sənədlər və fəaliyyət istiqamətləri müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti