...

S.C.Pişəvari adına Gimnaziya Azərbaycan 1-cisi olub

Cəmiyyət Materials 8 Aprel 2019 15:17 (UTC +04:00)
10-16 yaşlı məktəblilər arasında robot texnologiyaları beynəlxalq olimpiadası keçirilib.
S.C.Pişəvari adına Gimnaziya Azərbaycan 1-cisi olub

Bakı. Trend:

Təhsil Nazirliyi, Mars Academy və ADA Universitetinin təşkilatçılığı ilə FIRST LEGO LEAGUE (FLL) – STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) əsaslı 10-16 yaşlı məktəblilər arasında robot texnologiyaları beynəlxalq olimpiadası keçirilib.

Trend-in məlumatına görə, turnirin bu ilki mövzusu kosmosa həsr olunub və “Into Orbit” adlanır.

Yarışa ölkə üzrə 30 məktəbdən ən güclü komandalar qatılıb. Şagirdlər “Əsas dəyərlər”, “Robot dizaynı”, “Layihə təqdimatı” və “Robot oyunu” adlı 4 kateqoriya üzrə yarışıbar. Həmin kateqoriyalar üzrə qiymətləndirmə isə Türkiyə Respublikasından dəvət olunmuş beynəlxalq ekspertlər və ADA Universitetinin müəllimləri tərəfindən aparılıb.

Yarışda iştirak edən komandalar hamısı güclü, biri-birinə rəqib və dost idilər. Bu komandalardan biri də S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının "Mübarizlər" komandası olub. Layihə rəhbəri Sona Həmzəyeva, layihə rəhbərinin köməkçisi Kərim Kərimov və komanda üzvləri: Fərid Seyidov, Səid Nağıyev, Sənan Fərzəlizadə, Nizami Məmmədov, Rauf İmaməliyev, Cavanşir Qurbanov olub.

"Mübarizlər" komandası dörd kateqoriya üzrə yarışa tam hazır olduqları üçün yüksək nəticə göstərərək turnirin qalibi olub. Turnirin digər qalibi isə Bakı Modern məktəbinin komandası olub.

Kuboku komandaya Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov təqdim edib.

Hər 2 komanda üzvləri "Yaşıl Mars" layihəsini həyata keçirəcək ən yaxşı robotları proqramlaşdıraraq ölkəmizi 22-25 may tarixlərində Türkiyə Açıq Beynəlxalq Çempionatında təmsil edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti