...

Azərbaycan gimnastları 3 medal qazanıblar: AGF Junior Trophy beynəlxalq turnirinin ip, top, gürz və lentlə hərəkətlərdə qalibləri mükafatlandırılıb (FOTO)

Cəmiyyət Materials 21 Aprel 2019 14:54 (UTC +04:00)
Bu gün Bakıda, Milli Gimnastika Arenasında bədii gimanstika üzrə II AGF Junior Trophy beynəlxalq turnirinin ip, top, gürz və lentlə hərəkətlərdə qaliblərinin mükafatlandırma mərasimi keçirilib
Azərbaycan gimnastları 3 medal qazanıblar: AGF Junior Trophy beynəlxalq turnirinin ip, top, gürz və lentlə hərəkətlərdə qalibləri mükafatlandırılıb (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Bu gün Bakıda, Milli Gimnastika Arenasında bədii gimanstika üzrə II AGF Junior Trophy beynəlxalq turnirinin ip, top, gürz və lentlə hərəkətlərdə qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Trend-in məlumatına görə, iplə hərəkətlərdə qaliblərə və mükafatçılara mükafatları bədii gimnastika üzrə ikiqat Olimpiya çempionu Evgeniya Kanayeva, Azərbaycan Gimnastika Federasiyasının menecerləri Sara Zeynalova və Radeli Vişnevski təqdim ediblər.

Qızıl medalı Rusiya təmsilçisi Anastasiya Simakova (18.600 bal), gümüş medalı italiyalı gimnast Sofiya Raffaelli (18.600 bal), bürünc medalı isə Azərbaycan gimnastı Arzu Cəlilova qazanıblar.

Topla hərəkətlərdə qaliblərə və mükafatçılara mükafatları bədii gimnastika üzrə Azərbaycan yığmasının məşqçisi Mariana Vasileva, Azərbaycan Gimnastika Federasiyasının meneceri Namiq Bədirxanov, Milli Gimnastika Arenasının deirektorunun müavini Nərminə Quliyeva təqdim ediblər.

Qızıl medalı Rusiya təmsilçisi Anastasiya Simakova (19.700 bal), gümüş medalı italiyalı gimnast Sofiya Raffaelli (19.300 bal), bürünc medalı isə Azərbaycan gimnastı Nərminə Səmədova qazanıblar.

Gürzlə hərəkətlərdə medallar qazanan gimnastları Milli Gimnastika Arenasının direktoru Maqsud Fərzullayev, Azərbaycan Gimnastika Federasiyasının menecerləri Viktoriya Abuşovaa və Bikə Abdullayeva təqdim ediblər.

İtaliyalı gimnast Sofiya Raffaelli 19.200 bal toplayaraq birinci yerdə, ikinci yerdə Rusiya təmsilçisi Sofya Aqafonova (18.600 bal), üçüncü yerdə isə İsrail təmsilçisi Asya Adi Kats (18.500 bal) qərarlaşıblar.

Lentlə hərəkətlərdə qaliblərə və mükafatçılara medalları Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə, Azərbaycan Gimnastika Federasiyasının meneceri Fatimə Şəfizadə, "Ocaq Sport" klubunun direktoru Surxay Qarayev veriblər.

Qızıl medalı italiyalı gimnast Sofiya Raffaelli (18.350 bal), gümüş medalı Azərbaycan gimnastı Nərminə Səmədova (18.000 bal), bürünc medalı isə İsrail təmsilçisi Asya Adi Kats (17.400 bal) qazanıblar.

Qeyd edək ki, Bakıda 20-21 aprel tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turniri keçirilir. Yarışda 20 ölkənin 130-a yaxın gənc bədii gimnastı iştirak edir.

Dünya Kubokundan bir neçə gün öncə (26-28 aprel) keçiriləcək gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edir.

Foto: Zaur Mustafayev

Xəbər lenti

Xəbər lenti