...

Çoxmillətli auditoriyanın Formula 1 həyəcanı FOTOLARDA

Cəmiyyət Materials 27 Aprel 2019 16:15 (UTC +04:00)
Bu gün Bakıda Formula 1 Azərbaycan Qran Prisinin ikinci yarış günü başlayıb.
Çoxmillətli auditoriyanın Formula 1 həyəcanı FOTOLARDA

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Bakıda Formula 1 Azərbaycan Qran Prisinin ikinci yarış günü başlayıb.

Trend-in məlumatına görə, Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.

Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.

Bu mötəbər yarışlar unudulmaz, həyəcan dolu anlarla davam edir və yarışı izləmək üçün paytaxtımıza daha çox Rusiya, Böyük Britaniya, Gürcüstan, Niderland, Polşa, BƏƏ və Finlandiya vətəndaşları səfər edirlər.

Trend tamaşaçıların Formula 1 həyəcanını əks etdirən fotoları təqdim edir:

FOTO - Zaur Mustafayev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti