...

F1 Azərbaycan Qran Prisinin sıralama turu başa çatıb

Cəmiyyət Materials 27 Aprel 2019 19:12 (UTC +04:00)
Formula 1 SOCAR Azərbaycan Qran Prisinin sıralama turu başa çatıb.
F1 Azərbaycan Qran Prisinin sıralama turu başa çatıb

Bakı. Elçin Mehdiyev - Trend:

Formula 1 SOCAR Azərbaycan Qran Prisinin sıralama turu başa çatıb. Trend-in məlumatına görə, “Merdeces”in pilotu Valterri Bottas birinci yerdə qərarlaşıb.

“Merdeces”in digər pilotu Luis Hemilton ikinci, “Ferrari”nin pilotu Sebastyan Fettel isə üçüncü yerdə qərarlaşıb.

Sıralama turunun nəticələrinə əsasən, sabah keçiriləcək əsas yarışda pilotların düzlüşü müəyyənləşəcək.

Qeyd edək ki, Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.

Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti