...

Azərbaycanda daha çox aşkarlanan yaxından görmə, uzaqdan görmə, astiqmatizmin SƏBƏBLƏRİ?

Cəmiyyət Materials 24 May 2019 12:41 (UTC +04:00)
Azərbaycanda hazırda ümumi oftalmoloji müayinələr zamanı insanlar arasında daha çox refraks patologiyası aşkarlanır.
Azərbaycanda daha çox aşkarlanan yaxından görmə, uzaqdan görmə, astiqmatizmin SƏBƏBLƏRİ?

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda hazırda ümumi oftalmoloji müayinələr zamanı insanlar arasında daha çox refraksiya patologiyası (yaxından görmə, uzaqdan görmə, astiqmatizm və s .) aşkarlanır.

Trend-in məlumatına görə, bunu Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi təşkilat bölməsinin rəhbəri Yazgül Abdıyeva deyib.

Onun sözlərinə görə, refraksiya patologiyasına uşaqlar arasında daha çox rast gəlinir: "Planşet, telefon və televizorlardan 2 yaşadək uşaqların istifadəsinə məhdudiyyət qoyulmalıdır. Çünki planşetlər, telefonlardan düzgün olmayan şəkildə istifadə edilmə uşaqlarda kompüter görmə sindromuna səbəb olur. Göz xəstəliklərinin profilaktikası üçün düzgün qidalanmaya, kitab oxuma zamanı ara məsafənin 30 sm olmasına xüsusi diqqət yetirilməlidir.

Televizoru izləmə məsafəsi optimal şəkildə seçilməli, işığın düşməsinə xüsusi diqqət yetirilməlidir. Ona görə analar həm gələcəyimiz olan körpələrimizi qidalandırmalı, həm də onları gözün profilaktikası üçün digər zərərli vərdişlərdən uzaq tutmalıdırlar".

Y.Abdiyeva əlavə edib ki, hazırda dünyada 40 milyondan çox insan korluqdan əziyyət çəkir. Onun sözlərinə görə, əgər korluğun qarşısının alınması üçün profilaktik tədbirlər görülməsə, gələcəkdə bu rəqəm 80 milyon olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti