...

Aerobika gimnastikası üzrə Avropa Çempionatında komanda şəklində çıxış edən böyük gimnastlar arasında qaliblər mükafatlandırılıb (FOTO)

Cəmiyyət Materials 25 May 2019 19:29 (UTC +04:00)
Bakıda Milli Gimnastika Arenasında keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatında komanda şəklində çıxış edən böyük gimnastlar arasında qaliblər və mükafatçılar mükafatlandırılıb
Aerobika gimnastikası üzrə Avropa Çempionatında komanda şəklində çıxış edən böyük gimnastlar arasında qaliblər mükafatlandırılıb (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Bakıda Milli Gimnastika Arenasında keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatında komanda şəklində çıxış edən böyük gimnastlar arasında qaliblər və mükafatçılar mükafatlandırılıb.

Trend-in məlumatına görə, komanda hesabında qaliblər ən yaxşı 5 çıxışa görə müəyyən edilib.

Qızıl medalı Rusiya, gümüş medalı Rumıniya, bürünc medalı isə Macarıstan komandaları qazanıblar.

Qaliblərə mükafatları Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Fərid Qayıbov, aerobika gimnastikası üzrə Texniki Komitənin üzvü Andrea Sinko və aerobika gimnastikası üzrə Azərbaycan yığmasının baş məşqçisi Mariyan Kolev təqdim ediblər.

Komanda hesabında Azərbaycan təmsilçiləri 5-ci pillədə qərarlaşıblar.

Qeyd edək ki, 24-26 may tarixlərində Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir.

Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Komanda hesabında qaliblər isə 5 ən yaxşı çıxışa görə müəyyən ediləcək.

Yarışların sonuncu günündə isə final mərhələlərində Avropa çempionları müəyyənləşəcək.

Xatırladaq ki, yarışın birinci günündə gənc gimnastlar mübarizə aparıblar. Azərbaycan gimnastları Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova aero-dans proqramı üzrə finala vəsiqə qazanıb.

Azərbaycan çempionatda 17 gimnastla çıxış edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti