...

“The Sun”: “Arsenal” və “Çelsi” azarkeşləri Bakıda mütləq şəhər turuna çıxmalıdırlar

Cəmiyyət Materials 28 May 2019 14:40 (UTC +04:00)
Böyük Britaniyanın “The Sun” nəşri “Arsenal” və “Çelsi” azarkeşlərinə Bakı ilə bağlı tövsiyyələrini verib.
“The Sun”: “Arsenal” və “Çelsi” azarkeşləri Bakıda mütləq şəhər turuna çıxmalıdırlar

Bakı. Elçin Mehdiyev - Trend:

Böyük Britaniyanın “The Sun” nəşri “Arsenal” və “Çelsi” azarkeşlərinə Bakı ilə bağlı tövsiyələrini çatdırıb.

Trend-in məlumatına görə, nəşrdə gedən böyük bir məqalədə “Arsenal” və “Çelsi” azarkeşlərinə mütləq Bakıda şəhər turuna çıxmaq tövsiyə olunub.

“The Sun”da dərc edilən məqalədə qeyd olunur ki, əgər azarkeşlər Bakını gəzsələr, İngiltərə futbol tarixinin ən təsiredici şəxsinə vəfa borclarını ödəyə bilərlər.

Məqalədə qeyd olunur ki, 1966-cı il İngiltərə və Qərbi Almaniya komandaları arasında keçirilən finaldan bəri ingiltərəli azarkeşlər T.Bəhramovu böyük ehtiramla xatırlayırlar:

“Azərbaycanın paytaxtında Tofiq Bəhramov bürünc heykəl formasında əbədiləşdirilib. Tofiq Bəhramov bütün ingilislərin qəlbində xüsusi yer tutur. O, 1996-cı ildə “Uembli”də İngiltərə və Qərbi Almaniya komandaları arasında keçirilən finalın yan xətt hakimi olub. Son 50 ildə topun qapı xəttini keçib-keçməməsi müzakirə mözvusu olsa da, həmin vaxt Bəhramov qətiyyətli formada qol olduğunu bildirib. Hesab 2:2 ikən əlavə vaxtda isveçrəli baş hakim Qottfrid Dinst azərbaycanlı yan xətt hakimi ilə məsləhətləşdikdən sonra mərkəzi göstərib. Sonradan daha bir qol vuran İngiltərə yığması 4:2 hesablı qələbə nəticəsində dünya çempionu olub”.

Məqalədə, həmçinin bildirilir ki, Tofiq Bəhramov bu gün də Bakıda idmanın rəmzi hesab olunur: “O, adına stadion inşa edilmiş ilk hakimdir. Bu, Vətəndə ona böyük hörmətin olduğunu göstərir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti