Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Azərbaycanda Amerika Ticarət Palatasının Prezidentini qəbul edib

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Azərbaycanda Amerika Ticarət Palatasının Prezidentini qəbul edib

Bakı. Trend:

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) Prezidenti Nuran Kərimovu qəbul edib.

Agentlikdən Trend-ə verilən məlumata görə, qonağı salamlayan K.İmanov əqli mülkiyyət məsələlərinin prioritet istiqamət olaraq “Azərbaycan 2020: Gələcəyə baxış” Milli Konsepsiyasına daxil edilməsi və dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə əqli mülkiyyət sahəsində ölkəmizdə aparılan geniş institusional islahatlar barədə danışıb.

Agentlik sədri ABŞ şirkətlərini təmsil edən qurumun biznes sektorunda da əqli mülkiyyət mədəniyyəti səviyyəsinin artırılması sahəsində agentliklə əməkdaşlıq etmək səylərini yüksək qiymətləndirib. O, bu günlərdə AmCham tərəfindən verilmiş Bəyanata, eyni zamanda hazırlanmış “White Paper” sənədində əqli mülkiyyətlə bağlı problemlərin əks olunmasına toxunub. Bunu təqdirəlayiq addım hesab etdiyini vurğulayan K.İmanov belə sənədlərin hazırlanması zamanı Agentliklə daha sıx əməkdaşlıq edilməsinin səmərəli olacağını və ümumiyyətlə, ölkəmizdə əqli mülkiyyət hüquqlarının qorunmasının Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyət kəsb etdiyini bildirib.

Qəbul üçün təşəkkür edən Nuran Kərimov qeyd olunan iradların haqlı olduğunu və bunun indiyədək qurumlar arasında əməkdaşlığın olmaması ilə əlaqələndirib.

AmCham-ın işindən danışan qonaq Prezident İlham Əliyevin dəstəyi sayəsində təşkilatın fəaliyyətinin genişləndiyini, ölkədə iqtisadi vəziyyət yaxşılaşdıqca vətəndaşların əqli mülkiyyət məsələlərinə diqqətinin artdığını diqqətə çatdırıb.

Agentliyin rəhbəri görülən tədbirlər nəticəsində 2005-ci illə müqayisədə Azərbaycanda proqram təminatı sahəsində piratçılığın səviyyəsinin 96%-dən 74%-ə düşdüyünü və ölkəmizin hələ 2006-cı ildə əqli mülkiyyət hüquqlarının təminatı sahəsində irəliləyişlərə görə ABŞ-ın Ticarət Nümayəndəliyinin Ofisinin Xüsusi 301 Hesabatından çıxarıldığını vurğulayaraq cari ilin mayın 17-də Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası zamanı da əqli mülkiyyət məsələlərinin müzakirə edilməsi haqqında məlumat verib.

O, ABŞ-ın ölkəmizin iri ticarət partnyorlarından biri olduğundan Amerika şirkətləri tərəfindən Azərbaycanda patent və əmtəə nişanlarının qeydiyyatı üçün böyük potensialın olduğunu qeyd edərək yaxın günlərdə Əqli Mülkiyyət Agentliyində ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüşün keçiriləcəyini və əqli mülkiyyət ilə bağlı məsələlərin daha geniş müzakirə ediləcəyini bildirib.

K.İmanov “White Paper”nin paralel idxal, kontrafakt malların idxalı, patent müvəkkillərinin hazırlanması ilə bağlı bölmələrində əqli mülkiyət məsələlərinə toxunulduğunu qeyd edərək Agentliyin əqli mülkiyyət hüquqlarının qorunması sahəsində digər dövlət qurumları ilə əməkdaşlıq etdiyi, o cümlədən Dövlət Gömrük Komitəsinə paralel idxal, o cümlədən ölkəyə idxal olunan kompüterlərin lisenziyalı proqram təminatları ilə təchiz olunaraq satışına icazə verilməsi ilə bağlı təkliflərin hazırlandığını, ABŞ-ın iri texnoloji şirkətləri ilə bu sahədə fəal əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu xüsusi vurğulayib.

Agentlikdə rəqəmli hüquqların idarə olunması üzrə DRM sisteminin qurulması, eyni zamanda patent müvəkkillərinin hazırlanması ilə bağlı işçi qrupun yaradılması və yaxın zamanlarda patent müvəkkillərinin seçilməsi üzrə imtahanın keçirilməsinin nəzərdə tutulması barədə danışılıb.

Görüşdə həmçinin gələcək əməkdaşlıq perspektivləri, o cümlədən Agentliyin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzində AmCham-ın nümayəndələri üçün Agentliyin maddi-texniki və məlumat bazalarından istifadə etməklə təlimlərin təşkil olunması, birgə tədbirlərin keçirilməsi və sair məsələlər müzakirə olunub.

Banka yaxınlaşmadan hesab açılması prosedurunu səmərəli etmək lazımdır - Assosiasiya rəhbəri
Banka yaxınlaşmadan hesab açılması prosedurunu səmərəli etmək lazımdır - Assosiasiya rəhbəri
Pandemiya dövründə mobil bankçılıq vasitəsilə əməliyyatlar artıb - Mərkəzi Bank
Pandemiya dövründə mobil bankçılıq vasitəsilə əməliyyatlar artıb - Mərkəzi Bank
BVF Azərbaycanda neft və qeyri-neft ÜDM-in artımını proqnozlaşdırır
BVF Azərbaycanda neft və qeyri-neft ÜDM-in artımını proqnozlaşdırır
Loading Bars
Xəbər lenti
Azərbaycanda nikah və boşanmaların sayı məlum olub
Azərbaycan və Belarus prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan-Belarus sənədləri imzalanıb
Yeni doğulan körpələrin 53,2 faizi oğlandır
Azərbaycan əhalisinin sayı açıqlanıb
Hesab.az fəaliyyətinin 10-cu ilini qeyd edir
Küçədə saxlanılan koronavirus xəstələri xəstəxanaya yerləşdirilib
Putin vaksinin ikinci dozasını vurdurub
UNEC təkrar ali təhsilə sənəd qəbulu elan edir
İranda koronavirusdan gündəlik ölüm halı 300-ü keçib
Azərbaycan Türkiyədən 100 milyon dollarlıq kimyəvi məhsul idxal edib
Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyi qeyd ediləcək - Sərəncam
Kiyevdə sərt karantin rejiminin müddəti uzadılıb
Xətai rayonunda küçələr abadlaşdırılır (FOTO)
Aleksandr Lukaşenko: Azərbaycan öz milli arzusuna çatmaq yolunda böyük addım atıb
Prezident İlham Əliyev: Azərbaycan-Belarus münasibətləri hər hansı problemlərdən tamamilə uzaqdır
Bakı Slavyan Universitetində "Sən tək deyilsən, biz səninləyik!" adlı psixoloji debat keçirilib (FOTO)
Beynəlxalq Maliyyə Korporasiyası ilə dənizdə külək enerjisi sahəsində əməkdaşlığa dair sənəd imzalanıb (FOTO)
Evini tərk edən daha 5 koronavirus xəstəsi aşkarlandı, 2 nəfərə cinayət işi başlandı
246 min fermerə payızlıq əkinlərə görə subsidiya ödənilib
Sabah 25 dərəcəyədək isti olacaq
Türkiyə ilk "hava-hava" tipli raketini sınaqdan keçirib (VİDEO)
Banka yaxınlaşmadan hesab açılması prosedurunu səmərəli etmək lazımdır - Assosiasiya rəhbəri
Mədəni və dini abidələrimizə qarşı erməni vəhşiliyi - ŞƏRH
“Elmlər Akademiyası” stansiyasında relslərdəki ağac şpallar dəmir-beton şpallarla əvəzlənir (FOTO)
Naqif Həmzəyev Çin səfiri ilə görüşüb (FOTO)
Mobil bankçılıq sahəsində islahatlar təkmilləşdirilir
Ermənilər Hərbi Qənimətlər Parkından dərs götürsünlər - Hərbi ekspert (VİDEO)
Azərbaycanda qızıl və gümüş bahalaşır
GiLTEX müştərilərini Sumqayıtda yeni magazasında salamlamağa hazırdır (FOTO)
Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü olub (FOTO/VİDEO) (YENİLƏNİB-2)
Bakı Slavyan Universitetinin professor-müəllim heyəti vaksinasiyada fəal iştirak edir
Ramazanda düzgün və balanslı qidalanma
Macarıstan şirkətləri Qarabağın bərpası üzrə biznes forumda iştirak edə bilər
Bu bank kartları ilə əməliyyatlar müvəqqəti dayandırılacaq
Pandemiya dövründə mobil bankçılıq vasitəsilə əməliyyatlar artıb - Mərkəzi Bank
Odlar Yurdu Universiteti bu ixtisaslar üzrə işə qəbul elan edir
Mart ayında elektrik enerjisi istehsalı artıb
Paşinyan sabiq baş qərargah rəisini yalan danışmaqda ittiham etdi
Şəkidə qayınanasını qətlə yetirən şəxsin işi məhkəməyə göndərilib
"8 Noyabr" prospekti 10 kilometrə qədər uzadıldı
Bərdədə cinayət törədən şəxslər saxlanılıb
Azərbaycan nefti bahalaşır
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib (FOTO/VİDEO)
İtaliya ermənipərəst dairələrin təzyiqinə məhəl qoymadı - Politoloq
Azərbaycanda pul köçürülməsi üçün mobil platforma hazırlanır
Yeni Bakı-Quba yolunun 16-30-cu kilometrliyində təmir işlərinin 1-ci hissəsi bitib (FOTO)
Saatlıda yas mərasimləri aşkar edilib
BP "Azəri-Çıraq-Günəşli" blokunda texniki xidmət proqramlarını reallaşdıracaq
Oğuzda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb
BVF Azərbaycanda neft və qeyri-neft ÜDM-in artımını proqnozlaşdırır
Moody's Xalq Bankın reytinq üzrə proqnozunu iki pillə yüksəldib
Prezident İlham Əliyev verdiyi vədlərin hamısını yerinə yetirib - Deputat
Orta aylıq pensiya 12% artaraq 332 manata çatıb
Sumqayıtda zavod ərazisində top mərmisi tapılıb (FOTO)
“AccessBank” tender elan edir
Türkiyədə yük qatarı qəzaya uğrayıb
"Vestel Azərbaycan"dan qazandıran yenilik
5 yaşlı uşağın Kürdə meyiti tapılıb
Koronavirusun "Britaniya" ştammı 132 ölkədə aşkarlanıb - ÜST
Kapital Bank ölkə bankları arasında ən yüksək reytinq alıb
Aprelin 14-də xarici valyutaların manata qarşı məzənnələri
TAP-la tədarük başlayandan sonra Yunanıstan qaz idxalını azaldıb
Yevlaxda toy məclisi aşkarlanıb
Hacıqabulda evdən çıxan koronavirus xəstəsi saxlanılıb
Sahibə Qafarovanın başçılığı ilə deputatlarımız Rusiyaya gedir
Hərbi Qənimətlər Parkı ordumuzun qəhrəmanlıqla yaratdığı bir əsərdir - Tamam Cəfərova
Belarus Qarabağda tikinti-quruculuq işləri ilə bağlı dəstək göstərməyə hazırdır - Nazir (FOTO)
Xaçmazın icra başçısı peyvənd olunub (FOTO)
OPEC Azərbaycanda maye karbohidrogenlərin hasilatı ilə bağlı proqnozunu dəyişib
Hərbi Qənimətlər Parkı: Ermənistanın rəzalət simvolu
İranın nüvə sazişi üzrə iclasın vaxtı dəyişdirilib
Şəmkirdə toy edən şəxslər məsuliyyətə cəlb olunub (VİDEO)
Braziliyada ötən sutka koronavirusdan 3 808 nəfər ölüb
Goranboyda gizli toy mərasimi keçirmək istəyən şəxslər saxlanılıb (FOTO)
Yol polisi Qərb rayonlarında reyd keçirib (FOTO/VİDEO)
Vaşinqton Cozef Baydenin sentyabrın 11-dək qoşunları Əfqanıstandan çıxarmaq niyyətini təsdiqləyib
Dünyada ötən sutka koronavirusa 567 mindən çox yoluxma qeydə alınıb - ÜST
Misirdə avtobus yük maşını ilə toqquşub, çox sayda ölən var
Aİ Türkiyəyə qarşı ikili standartlardan imtina etməlidir - Ərdoğan
Britaniyada koronavirusa daha 2 472 nəfər yoluxub
ABŞ İranın uranı 60%-ə qədər zənginləşdirmək niyyətini təxribat hesab edir
Prezident İlham Əliyev: Zəngəzur dəhlizi Türkiyənin razılığı və onların iştirakı olmadan açıla bilməz
Prezident İlham Əliyev azad olunmuş ərazilərə köçkünlərin nə zaman qayıdacağı sualını cavablandırıb
Prezident İlham Əliyev: Ermənistanda hökumət, müxalifət erməni xalqına həqiqəti söyləməlidirlər
Prezident İlham Əliyev: Bizim azad etdiyimiz ərazilər dörd Lüksemburq ərazisinə bərabərdir
Türkiyə sahillərində 5,1 bal gücündə zəlzələ olub
Türkiyədə son sutkada koronavirusdan 52 104 nəfər sağalıb
Çempionlar Liqası: PSJ və "Çelsi" yarımfinalda
Minsk Azərbaycana Belarus üzərindən ABŞ-a uçuşlar təşkil etməyi təklif edib
Müqəddəs Ramazan ayı başladı
Ərazilərin effektiv şəkildə minalardan təmizlənməsi üçün lazım olan bütün məlumatların mübadiləsi vacibdir - ATƏT-in Minsk Qrupu
Yol polisi İsmayıllıda reyd keçirib (FOTO)
"OPEC" yayda benzin istehlakının böhrandan əvvəlki səviyyədən aşağı olacağını proqnozlaşdırır
İran uranın 60 faizə qədər zənginləşdirilməsinə başlayır
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü vəfat edib (FOTO)
Bakıda mənzildən qadın meyiti tapılıb
Bakı yenidən gimnastika yarışlarını qəbul edir
Erməni faşizminin sübutu olan Park - Dünyanın bir neçə ölkəsində belə muzey var (FOTO)
Azərbaycan pilotlu və pilotsuz vasitələri döyüşlərdə tətbiq edən ikinci ölkədir - Ekspert
Bütün xəbərlər