...

II və III ixtisas qrupları üzrə imtahanların cavabları yaxın iki həftə ərzində açıqlanacaq

Cəmiyyət Materials 8 İyul 2019 10:49 (UTC +04:00)
İmtahan nəticələri yaxın iki həftə ərzində elan olunacaq
II və III ixtisas qrupları üzrə imtahanların cavabları yaxın iki həftə ərzində açıqlanacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün iyulun 7-də keçirilən imtahanların nəticələri yaxın iki həftə ərzində elan olunacaq.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, imtahanlarda istifadə olunan test tapşırıqlarının düzgün cavabları açıqlanıb.

Yazılı cavab vermək tələb olunan tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən imtahan nəticələrinin iyulun 22-də elan olunması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti