...

Hərbi liseylərə qəbul imtahanının nəticələri elan edilib

Cəmiyyət Materials 17 İyul 2019 13:17 (UTC +04:00)
Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi liseylərinə 2019-cu il iyulun 14-də keçirilən qəbul imtahanının nəticələrini elan edib.
Hərbi liseylərə qəbul imtahanının nəticələri elan edilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi liseylərinə 2019-cu il iyulun 14-də keçirilən qəbul imtahanının nəticələrini elan edib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, imtahanda iştirak etmiş abituriyentlər imtahan nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə buradan tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda iştirakı gözlənilən 1759 abituriyentdən 28 nəfər imtahanda iştirak etməmişdir. 1 nəfər qaydaları pozduğu üçün imtahandan xaric edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti