...

BDU “QS World University Rankings” beynəlxalq reytinq agentliyinin siyahısında yer tutub

Cəmiyyət Materials 19 İyul 2019 10:57 (UTC +04:00)
Bakı Dövlət Universiteti (BDU) dünya universtitetlərinin reytinqini müəyyənləşdirən “QS World University Rankings” beynəlxalq reytinq agentliyinin siyahısında yer tutub.
BDU “QS World University Rankings” beynəlxalq reytinq agentliyinin siyahısında yer tutub

Bakı. Trend:

Bakı Dövlət Universiteti (BDU) dünya universtitetlərinin reytinqini müəyyənləşdirən “QS World University Rankings” beynəlxalq reytinq agentliyinin siyahısında yer tutub.

BDU-dan Trend-ə verilən məlumata görə, “QS World University Rankings 2020”nin açıqlamasına görə, BDU dünyanın 20 min top universitetini araşdıran bu şirkətin siyahıya daxil etdiyi 1000 nüfuzlu universitet arasından seçilərək 801+ yerdə qərarlaşıb və ötən ildə olduğu kimi Azərbaycandan siyahıya düşən yeganə universitet olub.

Universitet reytinqinin tərtib olunmasında akademik göstəricilər, professor-müəllim heyətinin tələbələrin sayına nisbəti, işəgötürənlər arasında nüfuzu, sitat gətirilmə indeksi, həmçinin xarici müəllim və tələbələrin sayı nəzərə alınır.

Qeyd edək ki, Bakı Dövlət Universiteti , eyni zamanda, ötən il "Webometrics", "Round University Ranking", “U-Multirank”, “Scimago İnstitutions Ranking” və “QS World University Rankings” agentliyinin Şərqi Avropa və Mərkəzi Asiyanın İnkişaf etməkdə olan ölkələrinin reytinq agentliklərinin siyahısında da yer tutmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti