...

BNA "EYOF Bakı 2019"un finalında ekspres marşrut xətti üzrə daşımaları həyata keçirəcək

Cəmiyyət Materials 26 İyul 2019 15:14 (UTC +04:00)
İyulun 27-i saat 17:30-dan Bakı Kristal Zalı istiqamətində ekspres marşrut xətti üzrə daşımalara başlanılacaq.
BNA "EYOF Bakı 2019"un finalında ekspres marşrut xətti üzrə daşımaları həyata keçirəcək

Bakı. Elçin Mehdiyev - Trend:

“XV Avropa Gənclər Yay Olimpiya Festivalı” ilə əlaqədar nəzərdə tutulan nəqliyyat tədbirlərinin vaxtında və yüksək səviyyədə icrası məqsədilə Bakı Nəqliyyat Agentliyi 19-29 iyul tarixlərində xüsusi rejimdə fəaliyyət göstərir.

Agentlikdən Trend-ə verilən məlumata görə, nəqliyyat planına uyğun olaraq iyulun 19-dan festivalda iştirak edəcək atletlərin, komanda üzvlərinin və qonaqların müəyyən olunmuş obyektlər üzrə daşınması davam etdirilir.

İyulun 27-i saat 17:30-dan isə Bakı Kristal Zalı istiqamətində ekspres marşrut xətti üzrə daşımalara başlanılacaq. Artıq X1 xətti üzrə avtobuslar Səməd Vurğun bağı Dilarə Əliyeva küçəsində və Hüseyn Cavid prospekti, metronun “Elmlər Akademiyası” stansiyası ətrafında hazır vəziyyətə gətirilib.

Qeyd edək ki, festivalla bağlı nəqliyyat əməliyyatlarının icrasına Bakı Nəqliyyat Agentliyinin 100 nəfərdən artıq əməkdaşı cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti