...

“Həkimlərimizi tanıyın!” - Uroloq Fərid Qədiməliyev

Cəmiyyət Materials 26 İyul 2019 18:10 (UTC +04:00)
“Həkimlərimizi tanıyın!” rubrikamızda sizlərə yüzlərlə insanı sağlamlığına qovuşduran yüksəkixtisaslı həkim, Mərkəzi Gömrük Hospitalının urologiya şöbəsinin rəisi, uroloq Fərid Qədiməliyevi təqdim edirik.
“Həkimlərimizi tanıyın!” - Uroloq Fərid Qədiməliyev

Bakı. Trend:

“Həkimlərimizi tanıyın!” rubrikamızda sizlərə yüzlərlə insanı sağlamlığına qovuşduran yüksəkixtisaslı həkim, Mərkəzi Gömrük Hospitalının urologiya şöbəsinin rəisi, uroloq Fərid Qədiməliyevi təqdim edirik.

10 ildən artıq müddət ərzində Dr. Fərid Qədiməliyevin rəhbərliyi və iştirakı ilə Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsində endourologiyada lazer texnologiyasının tətbiqi, sidik yolları darlıqlarında holmium lazer əməliyyatı, endouretrotomiya, prostat vəzin xoşxasəli hiperplaziyası zamanı transuretral əməliyyatları, plazmakinetik rezeksiya, holmium lazer enukleasiya, vaporezeksiya, prostat vəzin ikimüstəvili ultrasəs nişanlanması ilə biopsiyası, böyrək daşı xəstəliyinin tam endoskopik müalicəsi, böyrək daşı xəstəliyinin tam endoskopik müalicəsi həyata keçirilir.

Dr. Fərid Qədiməliyev 2007-ci ildə Azərbaycan Tibb Universitetini bitirmiş, 2007-2008-ci illərdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında interna keçmişdir. O, 2014-cü ildə İtaliyanın Milan şəhərində "Prostat vəzinin endoskopik cərrahiyyəsi" üzrə təkmilləşdirmə kursu və “Prostat vəzin endoskopik cərrahi müalicəsi” üzrə təlim, böyrək və sidikçıxarıcı yolların daşları, prostat vəzi xəstəlikləri, kişi cinsiyyət üzvləri xəstəlikləri üzrə ixtisasartırma kursu keçmişdir.

Dr. Fərid Qədiməliyev özünə qarşı tələbkar, daim öz üzərində çalışan, dünya tibbinin urologiya sahəsinin son nailiyyətlərini izləyən və təcrübəsində bu nailiyyətlərdən yararlanan bir həkimdir. O, Avropa Uroloji-Akkreditə olunmuş Davamlı Tibbi Təhsil cəmiyyətinin üzvüdür.

2009-cu ildən Dr. Fərid Qədiməliyev Mərkəzi Gömrük Hospitalında urologiya şöbəsinin rəisi, uroloq kimi çalışır. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/ferid-qedimeliyev/

Dr. Fərid Qədiməliyevin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti