...

508 vakant yerə işə qəbul üçün müsahibə elan edildi

Cəmiyyət Materials 2 Avqust 2019 14:40 (UTC +04:00)
Dövlət qulluğunun A (inzibati rəhbər) və B növünə (inzibati icraçı) aid 508 vakant inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilib.
508 vakant yerə işə qəbul üçün müsahibə elan edildi

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət qulluğunun A (inzibati rəhbər) və B növünə (inzibati icraçı) aid 508 vakant inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilib.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, müsabiqənin müsahibə mərhələsi mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla inzibati dövlət qulluğu vəzifələrinin 3-7-ci təsnifatı üzrə A və B növünə aid olan ümumilikdə 42 dövlət orqanında 508 vakant vəzifənin tutulması üçün elan edilir.

Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

Müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Təhsil Nazirliyi (166 vəzifə) və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (38 vəzifə) tərəfindən təqdim olunub.

Ümumilikdə, müsahibəyə çıxarılmış 508 vakant vəzifənin 2-si 3-cü təsnifata, 7-si 4-cü təsnifata, 69-u 5-ci təsnifata, 89-u 6-cı təsnifata, 341-i isə 7-ci təsnifata aid olmaqla, 2-si AA, 15-i AB, 34-ü AC, 61-i BA, 396-sı isə BB vəzifə qrupuna aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti