...

Qurban bayramı üçün stasionar və çadırtipli heyvan kəsimi məntəqələrinin SİYAHISI

Cəmiyyət Materials 8 Avqust 2019 12:55 (UTC +04:00)
AQTA bayram günlərində qurbanlıq heyvanların satışı və kəsimi ilə məşğul olan şəxslərə müraciət edib
Qurban bayramı üçün stasionar və çadırtipli heyvan kəsimi məntəqələrinin SİYAHISI

Bakı. Elçin Mehdiyev - Trend:

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bayram günlərində qurbanlıq heyvanların satışı və kəsimi ilə məşğul olan şəxslərə müraciət edərək, şəhərimizin küçələrində və yol kənarlarında antisanitar şəraitin yaradılmaması üçün onları heyvan satışı və kəsimini baytarlıq-sanitariya və gigiyena normalarına cavab verən stasionar heyvan kəsimi məntəqələrində və Qurban bayramı ilə bağlı yerli icra orqanları ilə birgə təşkil olunmuş çadırtipli kəsim məkanlarında həyata keçirməyə çağırır.

Trend-in məlumatına görə, Qurban bayramı günlərində Respublika üzrə 44 stasionar və 30 çadırtipli heyvan kəsimi məntəqəsi fəaliyyət göstərəcək.

Vətəndaşlar bayram günlərində əvvəlcədən seçim edərək, qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün müəyyənləşdirilmiş yerlərə müraciət edə, təşkil olunan xidmətlərdən yararlana bilərlər.

Respublika üzrə qurbanlıq heyvanların satış və kəsim məntəqələrinin ünvanları ilə aşağıdakı linkə keçid etməklə tanış ola bilərsiniz.

http://afsa.gov.az/uploads/info/warning/s__yahi_pdf1565249960.pdf

Məqalədə:
Xəbər lenti

Xəbər lenti