...

Mərkəzi Gömrük Hospitalın bariatrik cərrahı Dr.Mojtaba Haşemzadeh piylənmə və artıq çəkidən əziyyət çəkənlərə unikal şans verir

Cəmiyyət Materials 27 Sentyabr 2019 11:03 (UTC +04:00)
Hazırda tibbin ən aktual problemlərindən biri piylənmə və artıq çəki ilə mübarizədir.
Mərkəzi Gömrük Hospitalın bariatrik cərrahı Dr.Mojtaba Haşemzadeh piylənmə və artıq çəkidən əziyyət çəkənlərə unikal şans verir

Bakı. Trend:

Hazırda tibbin ən aktual problemlərindən biri piylənmə və artıq çəki ilə mübarizədir. Bu problemləüzləşən insanların sayının artması bütün dünyada müşahidə olunur. İnsanlar artıq çəki aldıqca, onların müxtəlif xəstəliklərə tutulması riski də artır. Bu səbəbdən də, piylənməni və artıq çəkini artıq ciddi xəstəlik kimi qəbul edib, onu hər cür yolla, o cümlədən, cərrahi müdaxilə yolu ilə müalicə etmək önəmlidir.

Ətrafımızda çoxlu insanlar var ki, tez-tez müxtəlif diyetalara əl atır, ac qalırlar, amma bu xəstəlikdən qurtula bilmirlər. Artıq çəki və piylənmə sağlamlıq üçün ciddi problemdir və insanların orqanizmində müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Bu, onkoloji xəstəliklərlə yanaşı, şəkərli diabet, bağırsaq, ürək-damar sistemi problemləri və eləcə də, psixi pozğunluqlara aparan bir yoldur. Piylənmə qaraciyər çatışmazlığına, arterial təzyiqin artmasına, şəkərli diabetə, miokard infarktına, sonsuzluğa səbəb ola bilər. Orqanizmin müxtəlif nahiyələrində yığılan piylər insana öz mənfi təsirini göstərir. Ona görə bu xəstəlik mütləq müalicə olunmalıdır.

Piylənmə və artıq çəkidən əziyyət çəkən insanların ömrünün uzadılması və sağlamlıqlarının qorunması üçün bariatrik cərrahiyyə real şansdır. Buna görə də Mərkəzi Gömrük Hospitalında bariatrik cərrahiyyə prioritet inkişaf istiqamətlərindən biridir. Hospitalın bariatrik cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru Dr.Mojtaba Haşımzadeh 23 ilə yaxındır ki, bariatrik cərrahiyyə ilə məşğuldur. O, İranda işləyərkən 8000-ə yaxın uğurlu əməliyyat həyata keçirmiş, artıq 4 ilə yaxındır ki, fəaliyyətini Bakıda, Mərkəzi Gömrük Hospitalında davam etdirir.

Mərkəzi Gömrük Hospitalında piylənmə əməliyyatının yeni metodlarını həyata keçirib və indi 10 dəqiqəlik endoskopiya yolu ilə mədə balonu əməliyyatını icra edir. Endoskopiya yolu ilə mədə balonu əməliyyatını üsulu ilə pasiyent 9 aydan sonra 15 kiloqrama qədər çəki ata bilər. Bu müalicə üsulu həm arıqlamaq istəyən pasiyentlər, həm də şəkərli diabetin mualicəsində istifadə olunan sleeve SASI tətbiqidir. Sleeve SASI üsulu piylənmə üçün digər cərrahi üsullar arasında ən az ağırlaşma ilə nəticələnən metoddur.

Slalom əməliyyatı keçirən xəstələrin xəstəxanaya qəbul edilmə müddəti yalnız bir gecə olur və bir həftədən sonra onlar normal həyata qayıdırlar. Şəkillərdə gördüyünüz bu xanımlardan biri elektrik mühəndisi 24 yaşlı Fəribə Əsədi və digəri isə . Əməliyyatdan əvvəl Fəribə Əsədinin çəkisi 115 kq, əməliyyatdan sonra 68 kq-a düşüb və bu çəkini 4 il ərzində saxlayıb. Bu əməliyyatdan sonra yenidən çəki alma halları istisnadır.

Dr. Mojtaba Haşemzadeh ilə əlaqə saxlamaq üçün Hospitalın Çağrı Mərkəzinə (012) 404 08 08 nömrəsinə zəng vura bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti