...

Baş prokurorun birinci müavini Şəkidə vətəndaş qəbulu keçirəcək

Cəmiyyət Materials 12 Oktyabr 2019 09:47 (UTC +04:00)
Baş prokurorun birinci müavini Rüstəm Usubov Şəkidə vətəndaş qəbulu keçirəcək
Baş prokurorun birinci müavini Şəkidə vətəndaş qəbulu keçirəcək

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokurorun birinci müavini Rüstəm Usubov cari il oktyabrın 18-də saat 10:00-da Şəki rayon prokurorluğunun inzibati binasında Şəki və Qax rayon sakinlərinin qəbulunu keçirəcək.

Prokurorluqdan Trend-ə bildirilib ki, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Şəki rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti