...

Məktəblərdə dinin tədrisi nəzərdə tutulmur - Təhsil naziri

Cəmiyyət Materials 17 Oktyabr 2019 12:53 (UTC +04:00)
Azərbaycanda mövcud olan dövlət standartlarına əsasən məktəblərdə dinin tədrisi nəzərdə tutulmur.
Məktəblərdə dinin tədrisi nəzərdə tutulmur - Təhsil naziri

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda mövcud olan dövlət standartlarına əsasən məktəblərdə dinin tədrisi nəzərdə tutulmur.

Trend-in məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, orta məktəblərdə "Həyat bilgisi" fənni keçirilir: "Bu fən və bir sıra fənnlərdə müxtəlif dinlər, onların tarixi, dini maarifləndirmə haqda məlumatlar var. Yeni dərsliklər hazırlanan zaman eyni standartlar tətbiq olunacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti