...

Gəncəyə xəstəxanaya gətirilən qadının kimliyi məlum olub (YENİLƏNİB)

Cəmiyyət Materials 25 Oktyabr 2019 10:16 (UTC +04:00)
Gəncə xəstəxanasına gətirilən qadının kimliyi bilinib.
Gəncəyə xəstəxanaya gətirilən qadının kimliyi məlum olub (YENİLƏNİB)

Bakı. İlhamə İsabalayeva, Ceyhun Ələkbərov - Trend:

Gəncə xəstəxanasına gətirilən qadının kimliyi bilinib.

Trend-in məlumatına görə, o, Şəmkir rayon Ağlavaşlı kənd sakini 1996-cı il təvəllüdlü Bürcəliyeva Gülnarə Binnət qızıdır. O, ötən gecə saat 23 radələrində Şəmkir rayonundan Gəncə şəhər 3 nömrəli xəstəxanaya çatıdılıb. Ona bədənin müxtəlif nahiyyəsinin xəsarətləri, başın əziyi və sinənin travması diaqnozu qoyulub.

Qadın hazırda travmatologiya şöbəsində müalicə alır. İlkin ehtimallara görə, G.Bürcəliyeva əri tərəfindən döyülüb.

X X X

09:48

Dünən gecə saatlarında təcili tibbi yardım avtomobili ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına başın və bədənin müxtəlif nahiyələrinin əziyi diaqnozu ilə qadın gətirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, xəstəyə lazımi tibbi yardım göstərilib. Hazırda vəziyyəti orta-ağır stabil qiymətləndirilir. Faktla əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti