...

Aİİ tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif tədbirlər keçirir

Cəmiyyət Materials 2 Noyabr 2019 20:03
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələblərin asudə vaxtının səmərəli təşkili istiqamətində müxtəlif tədbirlər silsiləsini davam etdirir.
Aİİ tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif tədbirlər keçirir

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələblərin asudə vaxtının səmərəli təşkili istiqamətində müxtəlif tədbirlər silsiləsini davam etdirir.

Aİİ-dən Trend-ə verilən məlumata görə, institutda sosialyönümlü, maarifləndirici və tərbiyəvi tədbirlərlə yanaşı, əyləncəli proqramlar da təşkil edilir.

Bu məqsədlə, həftənin şənbə günləri ali təhsil müəssisəsində tələbələrin özünüifadə bacarığının, polemika qabiliyyətinin və tənqidi təfəkkürünün formalaşması məqsədilə Oxu Günü layihəsini həyata keçirir. Layihə çərçivəsində Tələbə Elm Cəmiyyətinin təşkilatçılığı ilə braziliyalı yazıçı Paulo Koelhonun "Kimyagər" əsəri müzakirə olunub. Əsərdə Santyaqo adlı gəncin simasında insanın seçdiyi yol, heç bir çətinliyə baxmadan bu yolla getməyin yaradılışın qayəsi olduğu əksini tapıb. Heç nəyin təsadüf olmaması, hər hadisənin, sözün, uğur və uğursuzluğun əlamət rəmzi sayılması romanın qayəsini təşkil edir. İnsan əgər bu əlamətləri anlayarsa və öz yoluna davam edərsə, kainatın ona məqsədinə çatmaqda yardım etməsi əminliyi İslam fəlsəfəsinin "nə baş verirsə, insanın xeyrinədir" tezisi ilə üst-üstə düşür.

Gənclər romanın müzakirəsində fəal iştirak edib, əsərdən gəldikləri nəticələri bölüşüblər.

Qeyd edək ki, Aİİ-də təşkil edilən tədbirlərin məqsədi tələbələrin dünyagörüşünün formalaşdırılmasına, intellektual səviyyəsinin yüksəldilməsinə, mənəvi dünyasının zənginləşdirilməsinə, vətənpərvərlik hisslərinin gücləndirilməsinə, mütaliə, sosial məsuliyyət vərdişlərinin aşılanmasına, o cümlədən fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsinə töhfə verməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti