• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Cəmiyyət

Heydər Əliyev Mərkəzində “Musica Viva” Moskva Kamera Orkestrinin konserti keçiriləcək (VİDEO)

5 Noyabr 2019 11:48 (UTC+04:00)
  • 0
  • 0

Bakı. Trend:

Dekabrın 17-də Heydər Əliyev Mərkəzində “Musica Viva” Moskva Kamera Orkestrinin konserti keçiriləcək.

Trend-in məlumatına görə, konsert proqramında dünya şöhrətli bəstəkarlar V.A.Motsart, İ.S.Bax, A.Arenski və D.Şostakoviçin əsərləri ifa olunacaq.

Orkestrin bədii rəhbəri və dirijor Aleksandr Rudin (violonçel), Aleksey Volodin (piano) və Andrey Yerşov (truba) konsertdə solist olaraq çıxış edəcəklər.

Biletləri Mərkəzin kassasından, iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.

“Musica Viva” Moskva Kamera Orkestri 1978-ci ildə yaradılıb. 1988-ci ildən indiyədək orkestrə dirijor, violonçel ifaçısı və pianoçu Aleksandr Rudin rəhbərlik edir. “Musica Viva” müxtəlif janrlarda ifa edən universal musiqi kollektividir. Orkestrin geniş repertuarına rus və qərb klassiklərinin nadir ifa olunan əsərləri, eləcə də müasir müəlliflərin bəstələri daxildir. “Musica Viva” son 10 il ərzində uğurla böyük layihələr həyata keçirir – opera və oratoriyaları tanınmış müğənni və dirijorların iştirakı ilə konsert şəklində təqdim edir.

“Musica Viva” beynəlxalq musiqi festivallarının daimi iştirakçısıdır. Orkestr Almaniya, Belçika, Çexiya, Çin, Finlandiya, Fransa, Hindistan, İspaniya, İtaliya, Latviya, Niderland, Sloveniya, Tayvan, Türkiyə və Yaponiya qastrollarda olub. Müxtəlif səsyazma şirkətlərində onlarla diski buraxılıb.

Aleksandr Rudin Rusiya Federasiyasının Xalq artisti, Dövlət mükafatı laueratıdır. Dünya şöhrətli violonçel ifaçısı, simfonik və kamera orkestrləri ilə əməkdaşlıq edən dirijor, pianoçu, pedaqoq-tədqiqatçı, kamera əsərlərinin orkestr redaksiyasının müəllifidir. Onun repertuarı sərhədsizdir - violonçel üçün 400 il ərzində yaradılmış həm məşhur, həm də heç vaxt ifa olunmayan əsərləri əhatə edir.

Aleksey Volodin Rusiya fortepiano məktəbinin ən istedadlı, müstəsna texniki ustalıqlara malik nümayəndələrindən biridir. 2003-cü ildə Sürixdə Geza Anda adına beynəlxalq pianoçular müsabiqəsində qələbəsindən sonra dünyanın müxtəlif şəhərlərinin nüfuzlu konsert zallarında uğurla çıxış edir.

Truba ifaçısı Andrey Yerşov 2011-ci ildə Moskva Dovlət Konservatoriyasını bitirib. Hazırda K.Stanislavski və V.Nemiroviç-Dançenko adına Moskva Akademik Musiqili Teatrının solistidir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Heydər Əliyev Mərkəzi
Digər xəbərlər
Beynəlxalq Əlillər Gününə həsr olunan “Fərqliyik, bərabərik” uşaq festivalı keçirilib (FOTO)
Cəmiyyət 3 Dekabr 19:27
Heydər Əliyev Mərkəzində Emir Kusturitsa və “The No Smoking Orchestra” qrupunun konserti olub (FOTO)
Mədəniyyət 30 Noyabr 10:56
Vyana Ştraus Festival Orkestri növbəti konsert proqramı ilə Heydər Əliyev Mərkəzində!
Cəmiyyət 29 Noyabr 10:11
“La Skala” teatrının solistləri Heydər Əliyev Mərkəzində çıxış ediblər (FOTO/VİDEO)
Cəmiyyət 25 Noyabr 11:32
Heydər Əliyev Mərkəzində fotoqraf Yakov Xalipin əsərlərindən ibarət sərgi açılıb (FOTO)
Cəmiyyət 18 Noyabr 22:26
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib (FOTO)
Cəmiyyət 12 Noyabr 17:05
Xəbər lenti
Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb
Hadisə 14:19
Yanvarın 1-dən bütün pensiyalar 13-14 faiz artırılacaq
Cəmiyyət 14:17
Masazırda köhnə xətlərin yeniləri ilə əvəzlənməsi 80 faiz yekunlaşıb (FOTO)
Energetika 14:08
Heydər Əliyev – xalqın ehtiram ünvanı
Nəzər nöqtəsi 14:04
Gənc sahibkarlara güzəştli kreditlər üzrə faiz dərəcəsi 7 faizdən çox olmayacaq
Biznes və iqtisadiyyat xəbərləri 14:00
KOBİA və "Gənc Sahibkarlar Şəbəkəsi" İctimai Birliyi arasında anlaşma memorandumu imzalanıb
Biznes və iqtisadiyyat xəbərləri 14:00
I Gənc Sahibkarlar Forumu keçirilib (FOTO)
İqtisadiyyat 13:55
Bəzi ərazilərdə enerji təchizatında fasilələr yaranacaq - SƏBƏB
Gündəm 13:48
YAP növbədənkənar seçkilərdə iştirakla bağlı qərar qəbul edib
Siyasət 13:38
Ən çox oxunanlar
FHN səfirlikdə baş verən tüstülənmə ilə bağlı məlumat yayıb (FOTO) (YENİLƏNİB)
FHN səfirlikdə baş verən tüstülənmə ilə bağlı məlumat yayıb (FOTO) (YENİLƏNİB)
Bakıda ticarət mərkəzi yanır (FOTO/VİDEO)
Bakıda gölməçədə avtomobil batıb
ABŞ Ermənistan vətəndaşlarının viza müraciətlərini kütləvi şəkildə rədd edib
Nəzər nöqtəsi
Heydər Əliyev – xalqın ehtiram ünvanı

Heydər Əliyev – xalqın ehtiram ünvanı

Politoloq: Azərbaycanla Rusiya arasında bütün sahələr üzrə əməkdaşlıq mövcuddur (VİDEO)
İsa Qəmbərlə Gültəkin Hacıbəyli arasında qalmaqal - "Bir şəxs ki, siyasi tacir statusu ala..."
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri