...

Çində oxumaq istəyənlər üçün imkan

Cəmiyyət Materials 6 Noyabr 2019 19:35 (UTC +04:00)
Çinin Tsinqua Universiteti İctimai Sağlamlıq üzrə Beynəlxalq Magistratura (İnternational Master of Public Health) proqramına qəbul elan edir.
Çində oxumaq istəyənlər üçün imkan

Bakı. İlhamə İsabalayeva - Trend:

Çinin Tsinqua Universiteti İctimai Sağlamlıq üzrə Beynəlxalq Magistratura (İnternational Master of Public Health) proqramına qəbul elan edir.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, “Çinin mükəmməl Gəncliyi Sxemi-Magistratura Proqramı üzrə Çin Hökümətinin Təqaüdü” (Youth of Excellence Scheme of China-Master of Chinese Government Scholarship) layihəsi çərçivəsində elan edilən təqaüd proqramı 2020-2021-ci tədris ilini əhatə edir.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları 2020-ci il martın 1-dək http://gradadmission.tsinghua.edu.cn/f/login elektron ünvanı vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti