...

DANX sərnişinlərə müraciət etdi

Cəmiyyət Materials 19 Noyabr 2019 10:03 (UTC +04:00)
Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) sərnişinlərə müraciət edib.
DANX sərnişinlərə müraciət etdi

Bakı. Ceyhun Ələkbərov - Trend:

Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) sərnişinlərə müraciət edib.

DANX-dan Trend-ə verilən məlumata görə, müraciətdə deyilir:

"Noyabrın 1-dən etibarən Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən şəhərlərarası sərnişindaşımanın keyfiyyətini yüksəltmək məqsədilə monitorinq qrupu yaradılıb.

Monitorinqlər 3 istiqamətdə həyata keçirilir:

Bakı-Sumqayıt (Sumqayıt, Xırdalan, Masazır, Saray, Novxanı),

Paytaxt-Region və əks istiqamət,

Beynəlxalq istiqamətlər üzrə.

Bu səbəbdən noyabrın sonuna qədər davam edəcək cari monitorinqlərlə paralel, Respublikanın müxtəlif regionlarından paytaxta sərnişindaşıma zamanı qarşılaşdığınız problemləri qeyd etməyinizi rica edirəm".

N.Allahyarova bildirib ki, təklif və iradlar yalnız 012 566 52 58 nömrəli qaynar xəttində qeydə alınacaq:

"İlk sorğum Azərbaycan Respublikasının şimal-qərb coğrafi məkanını əhatə edən Şəki-Zaqatala iqtisadi rayonu üzrə Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki inzibati rayonlarından paytaxt istiqamətində və şəhərdaxili sərnişindaşımada göstərilən xidmətin keyfiyyəti ilə bağlıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti