Bakı. İlhamə İsabalayeva – Trend:
Nazirlər Kabinetində aparılan islahatlar hazırda da davam edir.
Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti Aparat rəhbərinin müavini Natiq Məmmədov jurnalistlərə açıqlamasında deyib.
O, islahatların ümumilikdə bütün ölkədə aparıldığını söyləyib: "Məlumdur ki, ölkəmizdə islahatlar gedir. Bununla əlaqədar Nazirlər Kabinetində də islahatlar aparılır və struktur dəyişikliyi edilib. Proses hazırda davam edir".