...

Bakı Ali Neft Məktəbi Böyük Britaniyanın IDF şirkəti ilə müqavilə imzalayıb

Cəmiyyət Materials 17 Dekabr 2019 10:30 (UTC +04:00)
Bakı Ali Neft Məktəbi Böyük Britaniyanın IDF şirkəti ilə müqavilə imzalayıb
Bakı Ali Neft Məktəbi  Böyük Britaniyanın IDF şirkəti ilə müqavilə imzalayıb

Bakı. Trend:

Bakı Ali Neft Məktəbində (BANM) Böyük Britaniyanın “International Drilling Fluids” (IDF) şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib.

Bakı Ali Neft Məktəbindən Trend-ə verilən məlumata görə, görüşdə BANM və IDF arasında Neft-qaz mühəndisliyi, Kimya mühəndisliyi ixtisasları üzrə qarşılıqlı əməkdaşlıq, bu əməkdaşlıq çərçivəsində mütəxəssis mübadiləsi, birgə tədqiqatların aparılması və digər məsələlərə dair Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Müqaviləni Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və “International Drilling Fluids” şirkətinin Baş icraçı direktoru Koruş Təhmasib imzalayıblar.

Görüşdə birgə elmi tədqiqatların aparılması, tələbələrin iştirakı ilə müxtəlif laboratoriya kurslarının, işçi heyəti üçün treninqlərin təşkil olunması barədə razılıq əldə olunub.
IDF neft-qaz sənayesində qazma, tamamlama və istehsal üzrə mühəndislik xidmətləri göstərir. Şirkət qazma problemlərini aradan qaldırmaq üçün praktik tədqiqat fəaliyyəti ilə məşğuldur. Baş ofisi Londonda yerləşən şirkətin Azərbaycanda da ofisinin açılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti