Nizaməddin Quliyev barəsində həbs qətimkan tədbiri seçilib

Nizaməddin Quliyev barəsində həbs qətimkan tədbiri seçilib

Bakı. Trend:

Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev barəsində həbs qətimkan tədbiri seçilib.

Trend-in məlumatına görə, Səbail Rayon Məhkəməsində hakim Rəna Qafarovanın sədrliyi ilə keçirilən prosesdə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən verilmiş təqdimata baxılıb.

Məhkəmənin qərarı ilə N.Quliyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Daha sonra isə Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısının müavini Ramiz Tatarov barəsində təqdimata da baxılıb və onun haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda bildirilir ki, Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən vətəndaşların hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, dövlət orqanlarının fəaliyyətinə kölgə salan qanunsuz əməllərə yol verilməsinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri həyata keçirilib.

Toplanılan materiallara əsasən, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin müntəzəm olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair əsaslı şübhələr yaranıb. Belə ki, Nizaməddin Quliyevin rayon icra hakimiyyəti başçısının müavini Ramiz Tatarovun vasitəsilə 2019-cu ilin may ayından etibarən yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.

Nizaməddin Quliyevin, müavini Ramiz Tatarov vasitəsilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif əsaslarla rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib. Bununla yanaşı, Nizaməddin Quliyevin səhiyyə, təhsil və digər yerli dövlət təsisatları rəhbərlərindən büdcə vəsaitləri hesabına yerli dövlət orqanlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsinin nağdlaşdırılaraq ona təqdim olunmasını tələb etməsi və alması, ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Nizaməddin Quliyev və müavini Ramiz Tatarovun xidməti otaqlarında keçirilən baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb.

Səfir: Danimarka ilə Azərbaycanın liman sahəsində əməkdaşlıq üçün böyük perspektivləri var
Səfir: Danimarka ilə Azərbaycanın liman sahəsində əməkdaşlıq üçün böyük perspektivləri var
Nazir müavini: Ərəb şirkətləri Azərbaycana 400 milyon dollara yaxın investisiya qoyur
Nazir müavini: Ərəb şirkətləri Azərbaycana 400 milyon dollara yaxın investisiya qoyur
Orxan Məmmədov: KOBİA "Avro 2020" zamanı sahibkarlara dəstək göstərəcək
Orxan Məmmədov: KOBİA "Avro 2020" zamanı sahibkarlara dəstək göstərəcək
Loading Bars
Xəbər lenti
Putinin avtoqrafı hərracda 340 min rubla satıldı
KOBİA Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkəyə üzv oldu
Culyetto Kyeza: Azərbaycan Prezidentinin İtaliyaya səfəri Bakı və Roma üçün əlamətdar hadisədir
Prezident İlham Əliyev Romada Azərbaycan-İtaliya biznes forumunda iştirak edib
Fevralın 24-nə manatın məzənnəsi
MSK iki məntəqədə səsvermənin nəticələrini ləğv etdi
Azərbaycanda II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək
Bakıda karate üzrə Avropa çempionatına hazırlıq işləri davam edir (FOTO)
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Prezident İlham Əliyevə məktub ünvanlayıb
İstirahət günlərinə olan hava proqnozu açıqlandı
Uşaq poliklinikasındakı yanğın söndürülüb
Bakı metrosunda koronavirusla bağlı dezinfeksiya tədbirlərinə başlandı
Bakının Baş planının yekun layihəsi hazırlanır
MSK-nın seçkilərlə bağlı iclası başladı (ƏLAVƏ OLUNUB-2)
Elman Məmmədov: Azərbaycan və İtaliya arasında Birgə Bəyannamə ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoymasından xəbər verir
Cavanşir Məmmədov: Bakıdakı mövcud yaşıllıqların ən azı 50-60 yaşı var
FHN-in qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilib (FOTO)
Mirsalam Qəmbərov: Bəzi layihələrdə mövcud yaşıllıqlar gizlədilir
Vizual məlumat bazasının yaradılması yaşıllıqların qorunmasına müsbət təsir göstərəcək
Bu ildən ölkə üzrə I siniflərə qəbul elektron qaydada aparılacaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi vətəndaşlarla görüşüb (FOTO)
İlk peşə-ixtisas təhsili müəssisələrində buraxılış imtahanının nəticələri açıqlanıb
Azərbaycanda yaşıllıqlara nəzarət üçün elektron baza yaradılır
Gürcüstanda ağır cinayət törədərək Bakıda gizlənən silahlı şəxs tutulub (FOTO)
Azərbaycan və Litva gömrük xidmətləri arasında əlaqələrin perspektivləri müzakirə olunub
Atlet Mərziyyə Məhərrəmova çempion oldu
Hadisə yerindən qaçan sürücü tutuldu
Saleh Məmmədov: 5 ildə 6 min kilometrdən çox avtomobil yolları tikilib (FOTO)
İranda koronavirusa yoluxanların sayı artıb
Kibertəhlükəsizliyin artması üçün özəl sektorun möhkəmlənməsi lazımdır
Prezidentin İtaliyaya dövlət səfəri bir daha göstərdi ki, Azərbaycan regionda nüfuz dairəsini genişləndirir - Tahir Mirkişili
Şərqşünaslıq İnstitutu ilə Yaponiya arasında elmi əlaqələrin perspektivləri müzakirə olundu (FOTO)
Naxçıvanda minik maşını “QAZel”lə toqquşub - Ölənlər var
Azərbaycanda ilk ödənişli yolun istifadəyə veriləcəyi tarix açıqlandı
Bakı-Sumqayıt yolu 3 aya təhvil veriləcək
Bank Respublika Avropa Pul Viktorinasına dəstək olacaq!
Polis küçədə qadın və azyaşlıya zor tətbiq edilməsini araşdırıb
Ukrayna Ali Radası qondarma “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib
Prezident İlham Əliyevin İtaliyaya uğurlu səfəri yeni bir mərhələnin əsasını qoydu - Bəxtiyar Əliyev
Zavod direktorunun otağından oğurluq edən şəxs saxlanıldı
Rauf Cabbarov: Kibertəhlükəsizlik sahəsində kadrların hazırlanması vacib tapşırıqdır
İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib - Sona Əliyeva
Məktəblərdə Beynəlxalq Ana Dili Günü qeyd olunub (FOTO)
Mədəniyyət nazirinin müavinləri regionlarda vətəndaşlarla görüşüb (FOTO)
YAP-da könüllülərin toplantısı keçirilib
Göygöldə oğurluq edən şəxslər saxlanılıb (FOTO)
Ötən gün yol qəzalarında 6 nəfər ölüb
Yevlax sakinindən 1 kiloqrama yaxın heroin götürülüb
Yeni ilbiz növünə Qreta Tunberqin adı verildi
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Sabaha olan hava proqnozu açıqlandı
İtaliya Azərbaycan üçün dünya miqyasında bir nömrəli tərəfdaşdır - Tahir Kərimli
İxracatçılara “Rəqabətqabiliyyətli və ixracyönümlü biznes planın hazırlanması”ndan danışılıb (FOTO)
İtaliya şirkətləri öz iqtisadiyyatını genişləndirən Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdırlar - Asim Mollazadə
“Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda Respublika Müşavirəsi keçiriləcək
TƏBİB-in sədri: “Sahə həkimi” anlayışı “ailə həkimi” anlayışı ilə əvəz ediləcək
Azərbaycan neftinin qiyməti dəyişdi
Balakən, Qəbələ və Şəkidə Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri açıldı (FOTO)
Bakı-Alanya reysi təxirə salındı
Azərbaycanda II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək
Bakıda "Könüllülər ili” ilə bağlı yeni layihəyə başlanıldı
100 yaşın mübarək, “Gəncənin səsi”!
Aksiz markası olmayan malların satış məqsədilə saxlanması faktı aşkar edilib (FOTO)
İtaliya ilə əlaqələrin inkişafı Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin genişlənməsinə kömək edə bilər - Musa Qasımlı
Müxalifətin dalana düşmüş zavallıları çıxış yolu arayır - "Politşou" təqdim edir (Videolayihə)
Kontakt Home Masallıda ilk mağazasını açdı – 50%-dək ENDİRİM, ƏYLƏNCƏ, HƏDİYYƏLƏR
Astarada narkotacirlər saxlanıldı
2019-cu il ərzində Əqli Mülkiyyət Agentliyində mindən çox vətəndaş müraciətinə baxılıb
İtaliya Prezidenti: Azərbaycan regionun ən çiçəklənən ölkələrindən biri və mədəniyyətlər, etnik qruplar və fərqli dinlərin birgəyaşayış modeli kimi özünü təsdiq etmişdir
Prezident İlham Əliyev: Avropanın ən böyük infrastruktur layihələrindən olan Cənub Qaz Dəhlizinin həyata keçirilməsində Azərbaycan İtaliya ilə sıx əməkdaşlıq edir
AAYDA: Bu il respublika əhəmiyyətli 36 yolun abadlaşdırılması üçün vəsait ayrılıb
Külli miqdarda dərman preparatının ölkəyə gətirilməsinin qarşısı alındı
BMT-nin Baş katibi Türkiyəyə daha çox suriyalı qaçqın qəbul etməsi üçün çağırış etdi (FOTO)
"Golden City" yaşayış kompleksi - Sərfəli qiymətə mənzil sahibi olun!
İranda parlament seçkiləri keçirilir
Neftçalada "Ford" yanıb
Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin vaxtı açıqlandı
Gədəbəydə əhaliyə göstərilən xidmətlər asanlaşdırıldı – “ASAN Xidmət” modeli yaradıldı (FOTO/VİDEO)
Vətəndaşlar keyfiyyətindən şübhələndikləri istənilən qida məhsulunu laboratoriyalarda yoxlatdıra bilərlər (FOTO)
Kolleclərə tələbə qəbulu başlanıldı
Yelo Bank əməliyyat risklərini sığortalamaq üçün tender keçirir
Azərbaycan İlahiyyat İnstitutunda Xocalı soyqırımı anılıb (FOTO)
Prezidentin dövlət səfərindən sonra İtaliya Azərbaycan sahibkarları üçün Avropada əsas bazarlardan biri ola bilər - Vüqar Bayramov
“BMW” yolu keçmək istəyən piyadanı vurub öldürdü
Xəzərə ən çox çirkləndirən axarlar Suraxanıda formalaşır
“Golden city” yaşayış kompleksi - sərfəli qiymətə mənzil sahibi olun!
Tərtərdə 3 otaqlı ev yanıb
SOCAR ötən il dövlət büdcəsinə 1,62 milyard manat ödəyib
Azərbaycanda bu sahədə maaş 3 min manatdan çoxdur
Teplovoz maşinistləri üçün ixtisasartırma təliminə start verilib
İcra Hakimiyyəti: Bu il Sumqayıtda 2 uşaq bağçası inşa ediləcək
Fevralın 21-də xarici valyutaların manata qarşı məzənnələri
Koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən tələbələrin analizlərinin cavabı açıqlandı
Ağdaşda heroin alverçisi saxlanılıb (FOTO)
Atəşkəs snayper tüfənglərlə pozuldu - 29 dəfə
Azərbaycan ötən il 4 ölkəyə üzüm ixrac edib
Bakı Ağ Şəhər incəsənət platforması kimi yaradıcı insanları cəlb edir (FOTO)
Türkiyədə tekstil şirkətində yanğın olub
Meksikada zəlzələ baş verib
Çində koronavirusdan ölənlərin sayı 2236-a çatıb
Bütün xəbərlər