...

Dövlət qulluğuna qəbulda YENİ QƏRAR - Namizədlər qayın və baldızları haqqında rəsmi məlumat verməlidirlər

Cəmiyyət Materials 26 Dekabr 2019 09:44 (UTC +04:00)
Nazirlər Kabineti “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”na dəyişiklik edib.
Dövlət qulluğuna qəbulda YENİ QƏRAR - Namizədlər qayın və baldızları haqqında rəsmi məlumat verməlidirlər

Bakı. İlhamə İsabalayeva – Trend:

Nazirlər Kabineti “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”na dəyişiklik edib.

Trend-in məlumatına görə, bu dəyişikliklərə əsasən, bundan sonra dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etməli olan vətəndaş qayınları və baldızları haqqında da məlumatları ərizə formasına daxil edəcək.

İndiyədək bu formada vətəndaş yalnız öz ailə vəziyyəti və yaxın qohumları olan ata, ana, qardaş, bacı, arvadı (əri), uşaqları, qayınata, qayınana haqqında məlumat verirdi.

Bu qaydaya edilən digər dəyişikliklə vətəndaş şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumat verərkən fərdi identifikasiya nömrəsini (FİN) də qeyd edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti