...

Cəbhəboyu zonada yeni xidməti mənzillər istifadəyə verilib (FOTO/VİDEO)

Cəmiyyət Materials 31 Dekabr 2019 15:07 (UTC +04:00)
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yeni xidməti mənzillərin təqdimetmə mərasimində iştirak edib.
Cəbhəboyu zonada yeni xidməti mənzillər istifadəyə verilib (FOTO/VİDEO)

Bakı. Trend:

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yeni xidməti mənzillərin təqdimetmə mərasimində iştirak edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, iki hektardan çox ərazidə inşa edilən ailəli və subay hərbi qulluqçular üçün nəzərdə tutulan iki və üçotaqlı təmirli mənzillərdən ibarət binalar lazımi kommunikasiya sistemləri ilə təchiz olunub. Ərazidə abadlıq işləri aparılıb, asfalt döşənib və yaşıllaşdırma sahəsi salınıb.

Tədbir iştirakçılarını yeni mənzillərin verilməsi ilə bağlı təbrik edən Müdafiə naziri bildirib ki, hərbi qulluqçuların xidməti-məişət şəraitinin yaxşılaşdırılması ölkəmizin iqtisadi qüdrətinin və Ali Baş Komandanın Azərbaycan Ordusunun şəxsi heyətinə göstərdiyi yüksək diqqət və qayğısının təzahürüdür.

Mənzillər təqdim edilən hərbi qulluqçular bayram günü ailələrinə bəxş edilən sevincə görə Ali Baş Komandana minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti