...

"Azəristiliktəchizat"ın "Azəriqaz"a olan 33 milyon manata yaxın borcu tam ödənildi

Cəmiyyət Materials 8 Yanvar 2020 14:00 (UTC +04:00)
"Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin istifadə etdiyi qaza görə "Azəriqaz" İstehsalat Birliyinə olan borcu ödənilib.
"Azəristiliktəchizat"ın "Azəriqaz"a olan 33 milyon manata yaxın borcu tam ödənildi

Bakı. Samir Əli - Trend:

"Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin istifadə etdiyi qaza görə "Azəriqaz" İstehsalat Birliyinə olan borcu ödənilib.

Bu barədə Trend-ə açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov deyib.

Onun sözlərinə görə, "Azəristiliktəchizat"ın borcu dövlət tərəfindən qarşılanıb: "Ötən ilin sonunda Nazirlər Kabinetinin bu barədə sərəncamı oldu və həmin sərəncama əsasən "Azəristiliktəchizat" ASC-nin 2018-ci il noyabrın 1-dən 2019-cu il dekabrın 15-i də daxil olmaqla, həmin müddətə qədər istifadə etdiyi qaza görə "Azəriqaz" İstehsalat Birliyinə yığılmış 32 milyon 700 manat borc dövlət tərəfindən qarşılandığından "Azəristiliktəchizat"ın "Azəriqaz"a borcu qalmayıb. Qurum yalnız bundan sonra istifadə etdiyi qazın haqqını özü ödəyəcək".

Xatırladaq ki, "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin 2018-ci il noyabrın 1-dən 2019-cu ilin yay aylarına qədər aldığı qaza görə "Azəriqaz" İstehsalat Birliyinə 29 milyon manat borcu qalmışdı. Həmin məbləğ 2019-cu ilin dekabrın 15-dək isə 32 milyon 700 manat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti