...

Avtomobilini evakuatora çırpan sürücü xəstəxanada öldü

Cəmiyyət Materials 14 Yanvar 2020 13:50 (UTC +04:00)
Hadisə Xətai rayonunun Neapol küçəsində baş verib
Avtomobilini evakuatora çırpan sürücü xəstəxanada öldü

Bakı. Trend:

Bakının Xətai rayonunun Neapol küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 13-də saat 6 radələrində Xətai rayonunun Neapol küçəsində Bakı şəhər sakini Elşad Nağıyev idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarında dayanmış paytaxt sakini R.Quliyevə məxsus “Mercedes” markalı evakuatora vurub.

Bildirilir ki, xəstəxanaya yerləşdirilməyinə baxmayaraq, E.Nağıyev orada ölüb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti