...

MSK nəzdində fəaliyyət göstərən mətbuat qrupunun tərkibində dəyişiklik edilib

Cəmiyyət Materials 17 Yanvar 2020 14:42 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində fəaliyyət göstərən mətbuat qrupunun tərkibində dəyişiklik edilib.
MSK nəzdində fəaliyyət göstərən mətbuat qrupunun tərkibində dəyişiklik edilib

Bakı. Elçin Mehdiyev – Trend:

Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində fəaliyyət göstərən mətbuat qrupunun tərkibində dəyişiklik edilib.

Trend-in məlumatına görə, bir sıra KİV-lər bununla bağlı MSK-ya müraciət edib.

Buna görə də mətbuat qrupunun tərkibində dəyişiklik edilməsi zərurəti yaranıb. Təklif edilib ki, “ANS” və “SPACE” televiziya kanalları, "Kaspi", “Olaylar” və “Gündəlik Teleqraf” qəzetləri qrupun tərkibindən çıxarılsın, Mətbuat Şurası, “Azad Azərbaycan” TV, “Real” Təhlil və İnformasiya Mərkəzi (“Real” TV) “Report” İnformasiya Agentliyi və “Gündəlik Teleqraf” MMC-nin nümayəndələri MSK nəzdində fəaliyyət göstərən mətbuat qrupunun tərkibinə daxil edilsin.

Təklif səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti