...

Kamaləddin Qafarovun seçicilərlə görüşləri davam edir (FOTO)

Cəmiyyət Materials 23 Yanvar 2020 09:35 (UTC +04:00)
VI çağırış Azərbaycan Respublikası Milli Məclisinə 9 saylı Binəqədi ikinci Seçki Dairəsindən deputatlığa namizəd Kamaləddin Qafarovun seçicilərlə görüşləri davam edir.
Kamaləddin Qafarovun seçicilərlə görüşləri davam edir (FOTO)

Bakı. Trend:

VI çağırış Azərbaycan Respublikası Milli Məclisinə 9 saylı Binəqədi ikinci Seçki Dairəsindən deputatlığa namizəd Kamaləddin Qafarovun seçicilərlə görüşləri davam edir.

Trend-in məlumatına əsasən, K.Qafarov yanvarın 22-də Binəqədi rayonunun Mir Cəlal və Adil Məmmədov küçələrinin bir qrup sakini ilə görüşüb.

Səmimilik və qarşılıqlı etimad şəraitində baş tutmuş görüşlər zamanı Kamaləddin Qafarov ölkədəki sabitlik, dayanıqlı inkişaf və islahatlar barədə seçicilərə geniş məlumat verib, onlarla fikir mübadiləsi aparıb. Görüş iştirakçıları son dövrdə reallaşan islahatlardan razılıqlarını ifadə edib, fevralın 9-da ən layiqli namizədə səs verəcəklərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti