Bakı. Trend:
VI çağırış Azərbaycan Respublikası Milli Məclisinə 9 saylı Binəqədi ikinci Seçki Dairəsindən deputatlığa namizəd Kamaləddin Qafarovun seçicilərlə görüşləri davam edir.
Trend-in məlumatına görə, Kamaləddin Qafarov Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının binasında seçki dairəsinin ərazisində yaşayan ziyalılar və M.Ə. Rəsulzadə qəsəbəsinin Ramiz Amoyev adına Mədəniyyət və İstirahət Parkında Arif Hüseynov adına küçənin sakinləri ilə görüşüb.