...

Bərdə və Tərtərdə pestisidlərin və aqrokimyəvi maddələrin satış yerlərində monitorinqlər keçirilib

Cəmiyyət Materials 24 Yanvar 2020 09:57 (UTC +04:00)
AQTA respublika ərazisində istifadə olunan bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin keyfiyyətinin qiymətləndirilməsi məqsədilə fitosanitar monitorinqləri davam etdirir.
Bərdə və Tərtərdə pestisidlərin və aqrokimyəvi maddələrin satış yerlərində monitorinqlər keçirilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində istifadə olunan bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin keyfiyyətinin qiymətləndirilməsi məqsədilə fitosanitar monitorinqləri davam etdirir.

AQTA-dan Trend-ə bildirilib ki, agentliyin fitosanitar müfəttişləri Bərdə və Tərtər rayonlarında pestisidlərin, eləcə də aqrokimyəvi maddələrin satışı ilə məşğul olan ticarət obyektlərində növbəti monitorinqlər keçiriblər. Sahibkarlara pestisid və aqrokimyəvi maddələrin daşınması, satışı və tətbiqi sahəsində, eləcə də pestisidlərin təyinatına, preparat formasına və s. təhlükəsizlik qaydalarına görə ayrı-ayrılıqda saxlanması ilə bağlı tövsiyələr verilib.

Qeyd edək ki, monitorinqlər sınaqdan keçməmiş, istifadə müddəti bitmiş, istifadəsi qadağan olunmuş preparatların satışı və tətbiqinin yolverilməz olduğu, sözügedən halların məsuliyyətinin sahibkarlara izah edilməsi və bu kimi neqativ halların qarşısının alınması məqsədilə təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti