...

Azərbaycanda uşaq hüquqlarının müdafiəsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir

Cəmiyyət Materials 29 Yanvar 2020 11:03 (UTC +04:00)
Müvəkkilə uşaqların hüquqlarının pozulması ilə bağlı ünvanlanmış şikayətlər təhlil edilir
Azərbaycanda uşaq hüquqlarının müdafiəsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir

Bakı. Trend:

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə regional ərazi şöbəsi tərəfindən “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda tədbir keçirilib.

Trend-in məlumatına əsasən, tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov çıxış edib.

S.Abbasov tədbir iştirakçılarını Müvəkkil Səbinə Əliyevanın adından salamlayaraq Ombudsmanın fəaliyyətinin əsas istiqamətlərindən birinin uşaq hüquqlarının təmini, müdafiəsi və bərpası olduğunu diqqətə çatdırıb.

O, qeyd edib ki, Müvəkkilə uşaqların hüquqlarının pozulması ilə bağlı ünvanlanmış şikayətlər təhlil edilir, həmin hüquqların bərpası istiqamətində işlər görülür. Bildirilib ki, Ombudsman Aparatı tərəfindən BMT-nin Uşaq Hüquqları Konvensiyasının və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi məqsədilə hüquqi maarifləndirmə işinə böyük diqqət yetirilir, bu istiqamətdə uşaq hüquqlarının müdafiəsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir.

Tədbirdə uşaq hüquqlarının qorunması sahəsində Azərbaycanda görülən işlər diqqətə çatdırılıb və beynəlxalq təcrübə ilə əlaqədar fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti