...

Astarada ev yandı

Cəmiyyət Materials 30 Yanvar 2020 12:50 (UTC +04:00)
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
Astarada ev yandı

Bakı. Trend:

Astara rayonunun Tüləküvan kəndində evdə yanğın baş verib.

Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, ümumi sahəsi 56 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin dam örtüyü 40 m² sahədə və 1 otağının yanar konstruksiyaları 12 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti