...

Deputatın ölən vəkilinin oğlu: Xahiş edirəm ki, bunu siyasi oyunlara çevirməyin (VİDEO)

Cəmiyyət Materials 10 Fevral 2020 11:47 (UTC +04:00)
101 saylı Göygöl-Daşkəsən Seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Möhsün Aslanovun vəkili, 1954-cü il təvəllüdlü Sübhan Hacıyevin övladı müraciətində atasının seçki dairəsində hansısa təzyiqlərə məruz qalmadığını deyib.
Deputatın ölən vəkilinin oğlu: Xahiş edirəm ki, bunu siyasi oyunlara çevirməyin (VİDEO)

Bakı. Samir Əli - Trend:

101 saylı Göygöl-Daşkəsən Seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Möhsüm Aslanovun vəkili, 1954-cü il təvəllüdlü Sübhan Hacıyevin övladı müraciətində atasının seçki dairəsində hansısa təzyiqlərə məruz qalmadığını deyib.

Trend-in məlumatına görə, Göygöl rayonunda vəfat edən Sübhan Hacıyevin oğlu Samir Hacıyev qeyd edib ki, sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətə uyğun deyil:

“Atam hansısa seçki dairələrində təzyiqə məruz qalmayıb. O, uzun müddət ürək xəstəliyindən əziyyət çəkib, xəstəliyi ilə əlaqədar koronaroqrafiya (anju) əməliyyatı olunub. Ötən gün də xəstəliyi ilə əlaqədar infarkt keçirərək vəfat edib. Xahiş edirəm ki, bunu siyasi oyunlara çevirməyin”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti