...

Nərimanovda avtomobil piyadanı vurub öldürdü

Cəmiyyət Materials 10 Fevral 2020 13:23 (UTC +04:00)
Nərimanov rayonunun Təbriz küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
Nərimanovda avtomobil piyadanı vurub öldürdü

Bakı. Trend:

Nərimanov rayonunun Təbriz küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 9-da saat 12 radələrində Nərimanov rayonunun Təbriz küçəsində Bakı şəhər sakini E.Aydınov idarə etdiyi “Lexus” markalı avtomobillə yolu keçən paytaxt sakini Rauf Əliyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti