Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda bazar və yarmarkalarda pərakəndə ticarət dövriyyəsi azalıb.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2020-ci ilin yanvar ayında istehlak məhsullarının dəyər ifadəsində 23,6 faizi ticarət müəssisələri, 49,2 faizi fərdi sahibkarlar tərəfindən, 27,2 faizi isə bazar və yarmarkalarda satılıb.
2019-cu ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 28,1 faiz, fərdi sahibkarlar üzrə 0,8 faiz artıb. Bazar və yarmarkalarda isə pərakəndə ticarət dövriyyəsi 8,4 faiz azalıb.