...

Koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən tələbələrin analizlərinin cavabı açıqlandı

Cəmiyyət Materials 21 Fevral 2020 09:24 (UTC +04:00)
Koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən, Çində təhsil alan iki tələbənin analizlərinin cavabı açıqlanıb.
Koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən tələbələrin analizlərinin cavabı açıqlandı

Bakı. İlhamə İsabalayeva - Trend:

Koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən, Çində təhsil alan iki tələbənin analizlərinin cavabı açıqlanıb.

Trend-in məlumatına görə, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatında qeyd edilir ki, Kliniki Tibbi Mərkəzə yerləşdirilən Çinin Huancou şəhərində təhsil alan 1997-ci il təvəllüdlü iki tələbənin analizlərinin cavabı mənfi gəlib, yəni onlarda hər-hansı bir virus aşkarlanmayıb.

Gün ərzində tələbələrin evə buraxılacaqları gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti