...

Ombudsman Aparatının əməkdaşları Silahlı Qüvvələrin Baş Klinik Hospitalına baş çəkiblər

Cəmiyyət Materials 26 Fevral 2020 19:14 (UTC +04:00)
Ombudsman Aparatının nümayəndələri göstərilən tibbi xidmətin səviyyəsindən və müalicə işinin səmərəli təşkilindən razılıqlarını ifadə ediblər.
Ombudsman Aparatının əməkdaşları Silahlı Qüvvələrin Baş Klinik Hospitalına baş çəkiblər

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və sektorun baş məsləhətçisi Adil Hacıyev Müdafiə Nazirliyinin səlahiyyətli nümayəndəsi ilə birgə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Klinik Hospitalına başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, başçəkmə zamanı hospitalın bölmələrinə, maddi-təminat obyektlərinə, eləcə də mətbəxə, ərzaq anbarına və digər obyektlərə baxış keçirilib, həkimlər və burada müalicə alan hərbi qulluqçularla fərdi söhbətlər aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Ombudsman Aparatının nümayəndələri göstərilən tibbi xidmətin səviyyəsindən və müalicə işinin səmərəli təşkilindən razılıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti