...

Səhiyyə Nazirliyi: Gürcüstanda koronavirus şübhəsi ilə müalicə olunanlar arasında Azərbaycan vətəndaşları yoxdur

Cəmiyyət Materials 27 Fevral 2020 16:39 (UTC +04:00)
Gürcüstanda mümkün koronavirus simptomları daşıyan xəstələr arasında Azərbaycan vətəndaşları yoxdur
Səhiyyə Nazirliyi: Gürcüstanda koronavirus şübhəsi ilə müalicə olunanlar arasında Azərbaycan vətəndaşları yoxdur

Bakı. Tamilla Məmmədova - Trend:

Gürcüstanda mümkün koronavirus simptomları daşıyan xəstələr arasında Azərbaycan vətəndaşları yoxdur.

Bu barədə Trend-ə Gürcüstan Səhiyyə, Əmək və Sosial İşlər Nazirliyindən bildiriblər.

Mənbənin sözlərinə görə, hazırda koronavirusa yoluxan bir Gürcüstan vətəndaşı var. 50 yaşlı xəstə İrandan Gürcüstana gəlib. Onun vəziyyəti qənaətbəxş hesab edilir.

Bundan başqa qeyd olunub ki, Gürcüstan infeksiya xəstəxanasının xüsusi bölməsində koronavirus şübhəsi ilə xəstələr yerləşdirilib, onların arasında Gürcüstan və Azərbaycan vətəndaşları var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti