...

Azərbaycanda bu uşaqların övladlığa götürülməsi ilə bağlı güzəştlər olacaq

Cəmiyyət Materials 3 Mart 2020 12:51 (UTC +04:00)
Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların övladlığa götürülməsi ilə stimullaşdırıcı güzəştlərin tətbiqi nəzərdə tutulur.
Azərbaycanda bu uşaqların övladlığa götürülməsi ilə bağlı güzəştlər olacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların övladlığa götürülməsi ilə stimullaşdırıcı güzəştlərin tətbiqi nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin təqdimatı və mətbuat konfransında çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.

Onun sözlərinə görə, bu güzəşt və dəstəkverici mexanizmlərin bir hissəsi uşağa, digər hissəsi isə valideynə aid olması nəzərdə tutulur:

"Təhsil haqlarında güzəştlərin olması, eyni zamanda Əmək Məcəlləsinə uyğun güzəştlərin tətbiqi, vergi güzəştlərinin olması da nəzərdə tutulur. Bundan əlavə, istərdik ki, onlara aylıq müavinətlər də ayrılsın. Yəni bir çox sahələr üzrə istər uşağın özü, istərsə də valideyn namizəd üçün güzəştlərin və dəstəkverici mexanizmlərin tətbiqi nəzərdə tutulur".

A.Kərimov Azərbaycanda valideyn namizədlərin daha çox sağlam uşaqların övladlığa götürülməsi üçün müraciət etdiyini də açıqlayıb.

Onun sözlərinə görə, övladlığa götürülmə üçün münasib olan təxminən 40 uşağın yarısının demək olar ki, sağlamlıq imkanları məhduddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti